Aşıq Nəcəf (1900, Ağkilsə, Yeni Bəyazid qəzası – 1968, Ağkilsə, Basarkeçər rayonu) — Göyçə aşığı[1]
Aşıq Nəcəf Ağkilsəli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağkilsə (Göyçə), Basarkeçər, Qərbi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Ağkilsə (Göyçə), Basarkeçər, Qərbi Azərbaycan |
Dəfn yeri |
Aşıq Nəcəf 1900-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur.[2] Aşıq Nəcəf məşhur Aşıq Ələsgərin qardaşı Xəlilin oğludur. Nəcəf 7–8 yaşına çatanda atası onu kəndlərində olan mollaxanaya qoyur. Burada yazı-pozu öyrənən Nəcəf saza böyük maraq göstərirdi. O, əmisinin evində keçirilən saz-söz məclislərinin daimi iştirakçısı olur. Nəcəf 17 yaşına çatanda, atası vəfat edir, ailənin bütün qayğıları onun üzərinə düşür. Erməni-müsəlman münaqişəsi ilə əlaqədar ailəsi ilə Kəlbəcərə köçür.
1921-ci ilə qədər orada yaşayır, sonra doğma yurduna qayıdır. Bir müddət sonra aşıqlıq etmək həvəsinə düşür. Xüsusi bir ustad aşığa qulluq etməsə də, Nəcəf bu sənətə yiyələndi və xalq arasında bir aşıq kimi tanındı.
1925-ci ildən aşıqlığa başlayan Nəcəf Göyçədə, Gəncəətrafı rayonlarda , Qarabağda və Azərbaycanın digər ərazilərində sazı-sözü ilə şənlik məclislərini zənginləşdirirdi.
1941–1945-ci il müharibəsi başlayanda Nəcəf də ordu sıralarına aparılır. Bir qədər keçəndən sonra xəstələnir və 1942-ci ildə evə buraxılır. Əhvalı yaxşılaşandan sonra kəndlərində kolxoz sədiri seçilir. 1945-ci ilə qədər bu vəzifədə işləyir.
Müharibə qurtarandan sonra Nəcəf sazını götürüb ömrünün sonuna qədər xalqa ləyaqətlə xidmət edir.
Aşıq Nəcəf 1968-ci ildə 68 yaşında dünyadan köçüb. O Ağkilsə kəndinin cənub-şərqindəki qəbiristanlıqda torpağa tapşırılıb