Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 20 saat əvvəl NMW03 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Aşıq Vəlican – aşıq.
Vəlican | |
---|---|
Doğum tarixi | XVIII əsr |
XVIII yüzillikdə yaşamış Vəlican Bayat elindəndir. Balcallıda yaşayıb. Deyilənə görə, məzarı Bayatla Qaramanlı arasındakı köhnə qəbirstanda olub. Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Azər Turan özünün "Darülmöminin" kitabında qeyd edir: "Salyanlı Vəlican atamla anamın ulu babasıdır və mən Vəlicanın haqq aşığı olduğunu böyüklərimdən eşitmişdim. Bir dəfə Bakıda çox ,həm də çox, pəjmürdə vaxtlarımın,günlərimin birində "Fəvvarələr meydanı"nın yaxınlığındakı köhnə erməni kilsəsinin qabağında yalnız üzdən tanıdığım bir yaşıdıma rast gəldim.Əlində qəzetə bükülmüş bir bağlama vardı.Mən heç nə soruşmamış "Salman Mümtazla aran necədir?"-soruşdu.-"Necə ki?"- deyə maraq etdim.Əlindəki bağlamanı göstərdi,- "Salman Mümtazın kitabıdır.Babamın şəxsi kitabxanasındandır",-dedi.Onun daha sonra nə dediklərini indi dəqiq yadıma sala bilmirəm,deyəsən,babasının M.C Bağırov dönəmində məsul hərbi vəzifədə çalışdığını xatırlatdı və - "İstəsən,bu kitabı sənə bağışlaya bilərəm",-dedi. Sanki bu,mistik bir anın təcallasıydi.Adam kitabı mənə verib getdi.Qəzeti açdım. Arasındakı məşhur "El şairləri" kitabıydı.Eşitmişdim ki , Salman Mümtazın 1935-ci ildə nəşr olunmuş "El şairləri" kitabında salyanlı Vəlicanın bir şeri var.Və indi o kitab Allahın böyük qisməti kimi kədərli bir günümdə rastıma çıxmışdı.Üsəngi (narın) yağış yağırdı və mən tələsik yaxınlıqda açıq havada çətirlərin altında qurulmuş çayxanaya keçdim, çay sifariş etdim. Siqarət yandırdım və limonlu çay içərək kitabın səhifələrini bir –bir çevirməyə başladım. Və qəfil ...ulu babamla üz-üzə gəldim.Onda keçirdiyim hissləri indi sözlə ifadə etmək mümkün deyil..."[1].