Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; 26 noyabr 1970, Alakol, Tovuz rayonu) — Azərbaycan aşığı. Azərbaycan komsomolu mükafatının laureatı (1987). "Aşıq Pəri" Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü.
Aşıq Zülfiyyə | |
---|---|
İbadova Zülfiyyə | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Zülfiyyə |
Doğum tarixi | |
Doğum yeri | Alakol, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1984-indi |
Musiqi aləti | saz |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Aşıq Zülfiyyə 1970-ci il noyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur.[1]
On dörd yaşından peşəkar səviyyədə saz çalmağa başlamışdır. İlk ustadı dayısı Fərrux olmuşdur.[2]
"Aşıq Pəri" Məclisinin ən kiçik üzvü olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
1986-cı ildə Almaniyaya, 1987-ci ildə Moskvaya festivala getmişdir.
1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalı təqdim edilmişdir.[3]
"Xan qızı Natavan" mükafatı ilə təltif edilmişdir.
Aşıq Zülfiyyənin babası da aşıq olub. Zülfiyyəgil ailədə səkkiz uşaq olublar.
Zülfiyyənin həyat yoldaşı Sakit də Tovuz rayonundandır. Babək adında 1 oğlan övladları var. Babək də müğənni kimi fəaliyyət göstərir.