Aşşurbanipalın kitabxanası yaxud Nineva kitabxanası — Assur dövləti hökmdarı Aşşurbanipal tərəfindən yaradılmış kitabxana. Aşşurbanipal tarixdə qədim yazılı abidələrin toplayıcısı və kitabxanaların təşkilatçısı kimi də məşhurdur. Kitabxanada 30 mindən çox mixi yazılı gil kitabələr saxlanılırdıdı. Burada ayrı-ayrı dövrlərdə yazılmış müxtəlif məzmunlu kitabələr toplanmışdı. Onların arasında əsatirlər, ədəbi əsərlər, riyaziyyata, coğrafiyaya, təbabətə və başqa sahələrə dair mətnlər və lüğətlər də vardı.[1]