Aşağı Tatra Milli Parkı

"Aşağı Tatra" Milli Parkı (slovak. Národný park Nízke Tatry), qısaldılmış halda NAPANTMərkəzi Slovakiyada milli park. Park Aşağı Tatra silsiləsində, VahQron çayları vadisi boyunca yerləşir. Parkın sahəsi — 728 km², bufer zonasının sahəsi isə — 1102 km²-dir. Bufer zona hesaba alınarsa park ölkənin ən böyüklərindən biri olur. Milli park inzibati baxımdan Banska Bistritsa, JilinaPreşov diyarlarının ərazisinə daxildir. Milli parkda ən hündür zirvə — Dyumberdir (2043 m). Kraleva-Qolya zirvəsi yaxınlığından dörd çay öz başlanğıcını götürür — Vah, Qron, Qniles və Qornad.

Aşağı Tatra Milli Parkı
slovak. Národný park Nízke Tatry
Dereşe dağı
Dereşe dağı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 72 842 ha
Yaradılma tarixi 1978, 1997[1]
Yerləşməsi
48°57′32″ şm. e. 19°39′57″ ş. u.HGYO
Ölkə  Slovakiya
Yaxın şəhər Banska Bistritsa
napant.sopsr.sk
Aşağı Tatra Milli Parkı xəritədə
Aşağı Tatra Milli Parkı
Aşağı Tatra Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aşağı Tatranın Dyumber zirvəsindən görünüşü

Aşağı Tatra ərazisində ilkin təbiəti qoruma tədbirləri 1918–1921-ci illərdə həyata keçirilmiş. İkinci Dünya müharibəsindən sonra bu işlər yenidən aktivləşdirlimiş. 1963-cü ildə Mərkəzi Slovakiyada milli parkın yaradılması təklifi irəli sürülmüş. Təklif olunan ərazidə halhazırda "Aşağı Tatra" Milli Parkı yerləşir. 1965–1966-cı illərdə Dyumber milli parkının yaradılması layihəsi hazırlanmış. Bu əraziyə Aşağı Tatranın şimal və cənub hissələrinin daxil edilməsi planlaşdırılırdı. Layihə 1967–1968-ci illər qədər uzadılmış və Slovakiya milli qiyamının 25 illiyində açılması nəzərdə tutulmuş. Ancaq bəzi kiçik çətinliklər ucbatından layihənin tam həyata keçirilməsi 10 il gecikdi.