Aşağı daşma

Aşağı daşma (ing. underflow) – sürüşkən nöqtə ilə əməliyyat zamanı yaranan xətalardan biri nəzərdə tutulur. Belə ki, nəticə o qədər kiçik ola bilir ki, kompüterin mövcud mərtəbə şəbəkəsində onu təqdim etmək mümkün olmur. Məsələn, birqat dəqiqlikli hesabda (ən kiçik ədədi 1.210-38 olan) 10−20•10−30 = 10−50 əməli mərtəbənin itməsinə səbəb olur.

Belə əməlin nəticəsini 0 hesab etmək olar, ancaq bu arzuolunmaz hallar, məsələn, sıfra bölmə ilə nəticələnə bilər. Köklənmədən asılı olaraq sistem belə halda ya xəta haqqında məlumat verə bilər, ya da aşağı daşmaya məhəl qoymadan nəticə olaraq 0 qaytara bilər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.