Aşantihene

AşantiheneAşanti imperiyasının, Aşantiland mədəni bölgəsinin və aşantilərin mütləq monarxı. Aşanti xanədanları olan Abohyen və Beretuo sülalələrinə qədər gedib çıxır. Osey Tutu Opemsu (I Osey Kofi Tutu) 1701-ci ildə Aşanti imperiyasını qurmuş və Aşantihene tacını almışdır.[1] Osey Tutu 1717-ci ildə döyüşdə ölənə qədər Aşanti taxtını saxlamış, Aşanti monarxiyasının tarixində altıncı kral olmuşdur.[2]

Aşanti imperiyası 1902-ci ildə Britaniyanın protektoratına çevrilmiş və aşantihene institutu ləğv edilmişdir. 1926-cı ildə ingilislər 1896-cı ildə Seyşel adalarına sürgün edilmiş I Prempeyə sürgündən qayıtmağa icazə vermişdilər.[3][4] Ona aşantihene yox, kumasehene titulunu almağa icazə verilmişdir. Bununla belə, 1935-ci ildə ingilislər Aşanti imperiyasının müstəqilliyini qismən dirçəltməyə cəhd göstərmiş və aşantihene titulu yenidən istifadə olunmağa başlamışdır.[5]

Aşantihenenin iqamətgahı Kumasidə yerləşən Manhiya Sarayıdır.

  1. Shillington, History of Africa, p. 195.
  2. Collins and Burns (2007), p. 140.
  3. «The Exile of Prempeh in the Seychelles» Arxiv surəti 23 yanvar 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 23 yanvar 2015 at the Wayback Machine. Kreol International Magazine. 2012. Retrieved 10 March 2013.
  4. "Asantehene to visit Seychelles" Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine, Modern Ghana, 5 July 2007. Retrieved 9 March 2013.
  5. Ashanti.com.au Arxiv surəti 13 aprel 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 13 aprel 2012 at the Wayback Machine. Retrieved 9 March 2013.
  • Kevin Shillington, 1995 (1989), History of Africa, New York: St. Martin’s Press.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Robert B. Edgerton, 1995, The Fall of the Asante Empire. The Hundred-Year War for Africa’s Gold Coast. New York: The Free Press. ISBN 0-02-908926-3
  • Alan Lloyd, 1964, The Drums of Kumasi, London: Panther.
  • Ernest E. Obeng, 1986, Ancient Ashanti Chieftaincy, Ghana Publishing Corporation. ISBN 9964-1-0329-8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]