Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aşk Kaç Beden Giyer? – türk ifaçı Hadisənin beşinci studiya albomu.
Aşk Kaç Beden Giyer? | ||||
---|---|---|---|---|
| ||||
Hadisə Açıqgöz tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 14 aprel 2011 | |||
Yazılma tarixi | 2010-2011 | |||
Janr | R&B, Pop | |||
Müddət | 33:50 | |||
Dil | türk dili | |||
Leybl | Seyhan Müzik | |||
Prodüser | ||||
Hadisə Açıqgöz albomlarının xronologiyası | ||||
|
Hadise dinləyiciləri ilə yenidən birlikdədir. Müğənni bu dəfə "Aşk Kaç Beden Giyer?" adlı albomu ilə geri qayıdıb. Albomun promo şəkilləri üçün seksual pozalar verən müğənni Beyonsedən (Beyoncé) ilhamlanıb. Eurovision Mahnı Müsabiqəsi 2009-da iştirak edib 4-cü olub pərişan olan Hadise 2 ildir ki, albom çıxarmırdı. Sonda bu susqunluğun üstündən studiyada xətt çəkdi və yeni albom üçün mahnılar yazmağa başladı. Albom Gülşen, Erdem Kınay, Alpyer Narman, Gökhan Şahin, Deniz Erten, Ender Gündüzlü, Ozan Doğulu və Ozan Çolakoğlu kimi məşhurlarla işlənilib. Albomdan ilk klip söz və musiqisinin Gülşəşə məxsus olan, arenjimanı Ozan Çolaqoğluya aid olan "Superman" adlı mahnıya çəkilib.
Hadise: Danışmadığım şeyləri, əziyyətlərimi və sevinclərimi "Aşk Kaç Beden Eder?"də toplamışam.
Albom imici üçün Hadise pələng naxışlı geyimlərdən istifadə edib. Daha əvvəl Şakira və Rianna kimi dünya ulduzlarına bənzədilən müğənni bu imici ilə Beyonseni xatırladıb. Beyonsenin bir neçə il əvvəlki "qabarıq saç" stilini özündə yaradan Hadise, dəri rəngini də süni yolla tündləşdirib.