Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır.
Aşkarlıq aynasında | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Ruslan Şahmalıyev |
Ssenari müəllifi | Ruslan Şahmalıyev |
Operator | Şərif Şərifov |
İstehsalçı | "Rakurs" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1989 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1989 |
Texniki məlumatlar |
1 hissə 285 metr |
Rəng | rəngli |
Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur.[1]
Ssenari müəllifi: Ruslan Şahmalıyev
Rejissor: Ruslan Şahmalıyev
Operator: Şərif Şərifov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Azərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı