Aşkarlıq aynasında (film, 1989)

Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır.

Aşkarlıq aynasında
Janr sənədli
qısametrajlı
Rejissor Ruslan Şahmalıyev
Ssenari müəllifi Ruslan Şahmalıyev
Operator Şərif Şərifov
İstehsalçı "Rakurs" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1989
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1989
Texniki məlumatlar 1 hissə
285 metr
Rəng rəngli

Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Ruslan Şahmalıyev
Rejissor: Ruslan Şahmalıyev
Operator: Şərif Şərifov

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 274-275

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.

Azərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı