Aştar TV

Xristianların ilk televiziyası olan “Əl Aştar” peyk kanalı Ərbilin Ayinkava bölgəsində Avropada yaşayan xristian iş adamlarının dəstəyi ilə yaradılıb. Xristianların Kürdüstan bölgəsində qurulmuş ilk peyk kanalıdır. Aştar adı iraqlıların simvolu olan Rafideyn ölkəsinin tanrılarından biridir. “Əl Aştar” kanalının simvolu Biləd Əl Rafideynin simvolunu daşıyır. Bu tanrının adı Babil və Assur əfsanələrində sevgi, gözəllik, qəhrəmanlıq və qələbə simvolu hesab edilir.

Əl Aştar TV
Loqonun şəkli
Ölkə İraq İraq
Baş qərargah Ərbil, Ayinkava
Yaranma tarixi 2005
Sayt ishtartv.com

Yaradılmasında məqsəd[redaktə | mənbəni redaktə et]

Xristianların problemlərini işıqlandıran bu kanal onların digər etnik azlıqlarla qaynayıb-qarışmasını qarşısına məqsəd qoyub. Xristianların İraqda uzun illərdən bəri ərəb, türkman və kürdlərlə birgə qardaşcasına yaşadıqlarının Bəəs rejiminin çökməsindən sonra da davam etdiyini göstərən “Əl Aştar” televiziyasının yayım siyasəti İraqda birlik və bərabərliyi, media azadlığını təmin etmək; demokratiyanın tətbiq edilməsini, insan hüquqlarına hörmət və əhəmiyyət verməyi vurğulamaq, ayrı-seçkilikdən uzaq olmaqdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

“Əl Aştar” TV xəbər və verilişlərində cəmiyyəti məlumatlandırmaq üçün bitərəf və keyfiyyətli verilişlər hazırlamağa çalışır. TV kanalının yayım siyasətində siyasi və dini verilişlərlə yanaşı, sosial və qadın, uşaq verilişləri yer alır. Bu verilişlərdən “Ətfəlunə” (“Uşaqlarımız”) uşaqların təhsil almasına həsr edilmiş proqramdır. “Tayyibek Ala Hava” verilişində isə həkimlər qadın və ailə problemlərini müzakirə edərək həll yolları göstərirlər.

Eləcə də “Risalə Min Əl Məhcər”, “Kavus Əl Kuzəh”, “Rihlə”, “Hadiqa Əl Milanvənə”, “Hasad Əl İsbu”, “Əl Caizə Əl Kubra”, “Cisir”, “Fincan Qəhvə” kimi verilişlərdə xalqın varlığı işıqlandırılır. 2003-cü ildən sonra İraqda qurulmuş “Əl Aştar” TV xristian yezidiləri də təmsil edərək İraq və Avropadakı xristianların rəğbətini qazanıb.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dr. Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 111-112. ISBN 978-9952-516-66-1..