ABŞ-Kanada tornadosu (1985)

1985 ABŞ-Kanada dağıdıcı tornadosu, Kanadada Barri tornadosu — 31 may 1985-ci ildə Ohayo, Pensilvaniya, Nyu-YorkOntarioda baş verən ən yüksək — F5 kateqoriyalı tornado. Bu tornado əhatə dairəsinin genişliyinə, gücünə və dağıdıcılığına görə digər tornadolardan fərqləndiyi üçün tarixə düşmüşdür. 1985-ci ilin may ayının 31-də baş verən tornado ABŞ-nin Ohayo, PensilvaniyaNyu-York ştatlarınıKanadanın Ontario əyalətini əhatə etmişdir. Bu zaman qeydə alınan 44 tornadonun 14-ü Ontarioda baş vermişdir.[1] Pensilvaniyada bu tornado ən dəhşətli və ölümcül tornado olmuşdur.[2]

Tornado nəticəsində 90 nəfər, o cümlədən təkcə Pensilvaniya ştatında 65 nəfər həlak olmuş, ümumilikdə 1 milyard ABŞ dolları məbləğində iqtisadi zərər dəymişdir ki, onun da 600 milyonu ABŞ-də, 400 milyonu isə Kanadada qeydə alınmışdır.

  1. "May 31 - Pennsylvania's Deadliest Day". Weather.com. 2016-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
  2. May 31 — Pennsylvania's Deadliest Day Weather.com. Archived from the origina l on 2016–05–09. Retrieved 2013–07–28.