ABŞ-nin İraq və Suriyada aviazərbələri (fevral, 2024)

2024-cü ildə ABŞ-nin İraq və Suriyada aviazərbələri — 2 fevral 2024-cü ildən başlayaraq Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən, İraqSuriyada yerləşən İranın İnqilab Keşikçiləri və İranın dəstəklədiyi milis qruplarını hədəf alan bir sıra aviazərbələr. Hücum "İraqda İslam Müqaviməti" tərəfindən bir həftə əvvəl İordaniyadakı ABŞ əsgərlərini hədəf alan və üç ABŞ hərbçisinin ölümünə səbəb olan PUA hücumuna cavab olaraq həyata keçirilmişdir.

ABŞ-nin İraq və Suriyada aviazərbələri

7 oktyabr 2023-cü ildə HƏMAS–İsrail müharibəsinin başlamasından bəri İran tərəfindən dəstəklənən milis qrupları İraq, İordaniyaSuriyada yerləşən ABŞ bazalarına 170-dən çox hücum həyata keçirmişdir.[1] Bu hücumlar onlarla hərbçinin yaralanması ilə nəticələnmişdir. 28 yanvar 2024-cü ildə "İraqda İslam Müqaviməti" tərəfindən həyata keçirilən "Shahed 136" PUA-sı ilə həyata keçirilən hücumda İordaniyada yerləşən ABŞ bazası olan 22-ci Qüllədə 3 ABŞ əsgəri həlak olmuş və 47 nəfər yaralanmışdır.[2][3]

  1. Carl, Nicholas; Jhaveri, Ashka; Braverman, Alexandra. "Iran Update, January 28, 2024". Institute for the Study of War. 28 January 2024. 28 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2024. These militias have conducted over 170 attacks targeting US positions as part of this effort since October 2023.
  2. Horton, Alex; Ryan, Missy; Warrick, Joby; Lamothe, Dan. "U.S. mixed up enemy, friendly drones in attack that killed 3 troops". The Washington Post. 29 January 2024. 29 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2024.
  3. Watson, Eleanor. "Pentagon releases names of 3 soldiers killed in drone attack in Jordan". CBS News. 30 January 2024. 2 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2024.