ADA Məktəbi

ADA MəktəbiADA Universitetinin nəzdində fəaliyyət göstərən məktəb.

ADA Məktəbi
Əsası qoyulub 2019
Tip təhsil müəssisəsi
Şagird sayı 0
Şəhər Bakı Bakı
Ölkə  Azərbaycan

Tarixi[redaktə | mənbəni redaktə et]

ADA Məktəbinin təqdimatı 22 fevral 2019-cu ildə ADA Universitetində olmuşdur.[1]

Təhsil modeli[redaktə | mənbəni redaktə et]

ADA Məktəbinin təhsil modeli xüsusi yeniliklərdən ibarətdir. Bu məktəbin məzunlarının ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunması nəzərdə tutulub.

Tədris proqramı[redaktə | mənbəni redaktə et]

Məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına — milli standartlara və milli kurikuluma və ADA Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanır[1]. Tədris proqramında şagirdlərin akademik baxımdan ali məktəb illərinə daha hazırlıqlı olmalarına diqqət yetirilir; dövrün tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına əhəmiyyət verilir[1].

Binası[redaktə | mənbəni redaktə et]

Məktəbin binası yüksək standartlara uyğun olan infrastruktura malikdir[1].

Qəbul[redaktə | mənbəni redaktə et]

ADA Məktəbinə ilk qəbulun 2019–2020-ci tədris ilindən etibarən həyata keçirilməsi nəzərdə tutulub[1]. İlk tədris ilində X və XI siniflərə şagird qəbulu planlaşdırılır[1]. Qəbul həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.

2019–2020-ci akademik il üçün X sinfə qəbul olunan şagirdlər həm Azərbaycan, həm də ingilis dilində, XI sinfə qəbul olunan şagirdlər isə yalnız ingilis dilində təhsil alacaqlar[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 ADA Məktəbinin təqdimatı olub Arxivləşdirilib 2020-05-05 at the Wayback Machine. azertag.az, 22.02.2019  (az.)