ADA sindiromu

ADAAdenosine Deaminase Deficiency. Bu sindrom maddələr mübadiləsinin autosom-resisiv pozğunluğudur. Bu pozğunluq immun çatışmazlığına gətirib çıxarır. ADA sindromuna bütün dünyada hər 100000 nəfərdən birində rast gəlinir. Onların da 15%-i ağır kombinə olunmuş immun çatışmazlığıdır (SCİD). ADA çatışmazlığı adenozindezominaz fermentinin olmamasından meydana gəlir. Bu sindrom dezoksiadenozinin artmasına gətirib çıxarır. Bu da öz növbəsində aşağıdakılara gətirib şıxarır: bütün hüceyrələrə d-ATF toplanır, bu da ribonukleotidreduktaza və DNT sintezinə mane olur, belə ki hüceyrələr bölünə bilmirlər. İnkişaf edən T-hüceyrələr və B-hüceyrələr ən aktiv mitotik hüceyrələrdirlər və bu şəraitə çox həssasdırlar.

  • Adenozindezaminaza fermentli S-adenozilqomosisteinin inkişafı purin müdafiədə əsas rol oynayır; hər iki maddə inkişaf etməmiş limfosidlər üçün onların yetişməsinə mane olan toksikdirlər. Çünki T-limfosidlər çəngələbənzər vəzdə inkişaf edib yayılırlar. Xəstələrdə Timus inkişaf etmir. Nəticədə isə immun sistemi ya zəifləyir, ya da tamamilə yox olur.

Adenozin Deaminazın çatışmazlığı irsidir. Adenozindezaminaz fermenti 20-ci xromosomda gen vasitəsilə kodlaşdırılır. ADA çatışmazlığı autosom-resisiv tipdə keçir. Bu o deməkdir ki, xəstəliyə səbəb olmuş zədələnmiş gen autosomda yəni 20-ci xromosomda yerləşir və zədəli genin iki nüsxəsi (hər valideyndən biri) xəstə uşağın doğulmasına səbəb olur. Autosom-resisiv pozğunluqlu insanın valideynlərində zədələnmiş genin bir nüsxəsi saxlanılır, lakin onlar bu xəstəliyin simptomunu hiss etmirlər.

ADA sindromunun müalicəsi aşağıdakılardan ibarətdir:

  • İlik dəyişdirilməsi
  • Gen terapiyası
  • PEG (Polyethylene glycol)həlledicidə ADA fermenti Bu xəstəliyin gen terapiyasını ilk dəfə ABŞ-nin Bethesda, Maryland Milli Sağlamlıq İnstitutunda 1990-cı ilin sentyabr ayının 14-də Dr. W. French Anderson 4 yaşlı Ashanti DeSilva üzərində aparmışdır.

Adenozin Deaminazın Çatışmazlığı sindromu müxtəlif hüceyrələrdə, o cümlədən, qan zərdabında olur. Qeyd etdiyimiz kimi, bu sindromun ən çox yığıldığı yerlər çəngələ bənzər vəz, eləcə də dalaq və limfatik düyünlərdir. Ada inozində adenozinin və dezoksinozində dezoksiadenozin dezaminirə olunmasını katalizə edir. Bu ferment purin əsasların yaranmasında əsas rol oynayır ki, bu da çoxsaylı zülalların sintezini tıyin edən genetik proqramın daşıyıcıları olan nuklrin turşularının sintezinə səbəb olur. ADA çatışmazlığında adenoizin və dezoksiadenoizin hüceyrələrdə dezaminirəyə məruz qalmırlar və fosforilizə olunmuş formada yığılırlar. Ən çox dezoksi ATF toksidləşməyə məruz qalır, bu da ribunukleotidreduktazla bağlıdır və onu inqubasiya edir, bununla da DNT nin sintezini dayandırır. Nəticıdə T-linfosidlərin yetişməsi və poliferasiyası pozulur. В-limfosidlər purin mübadiləsinə daha az həssasdırlar, lakin bu xəstəlik üçün nəinki hüceyrə immunitetitnin, həm də humoral immunitetin çatışmazlığı xarakterikdir. Buna səbəb yəqin ki, T- və B- sistemin kooperativ qarşılıqlı əlaqəsindən olan "T-helper" –in tökülməsidir. Bu isə humoral immunitetin formalaşması üçün vacibdir. ADA çatışmazlığında TKİN-lə xəstələnmiş uşaqlarda çəngələbənzər vəzin involyusiyası və periferik limfoid orqanların hipoplaziyası müşahidə olunur, hüceyrə və humoral immunitetin reaksiyalarının istismar edilməsi nəticədə residiv bakterial, virus və göbələk infeksiyaklarına səbəb olur. İmmun çatışmazlığı sümüklərin və qığırdaqların anomaliyasıyla uyğunlaşır. Sümükləşmənin pozulması qabırğa-qığırdaq birləşmələrinin deffektinə, çanaq sümüklərinin deformasiyasına gətirib çıxarır. Hüceyrə immunitetinin əsas çatışmazlığı çəngələbənzər vəzin və limfatik düyünlərin hipoplaziyası ilə, T-linfosidlərin yetişməsini təmin edən timik harmonların çatışmazlığı bağlı ola bilər. Hüceyrə immunitetinin çatışmazlığı əsasən virus və göbələk infeksiyalarının tezliyinin artması ilə, T-supressorun tənzimləyici təsirinin zəifləməsi və ya olmaması hesabına autoimmun proseslərin yaranması ilə və şişlərin tezliyinin artması ilə müşaiət olunur. Bu immun çatışmazlığı ilə müşaiət olunan şiş prosesi spektrinə B-hüceyrə limfomaları, Kapoşi sarkomaları, karsinomların bəzi növləri daxildir. Humoral immun cavabının inkişafı üçün Т- və В- hüceyrələrin kooperativ qarşılıqlı təsirinin vacibliyini nəzərə alsaq, hüceyrə immunitetinin izolə edilmiş defekti humoral immunitetin deyişilməməzliyi ilə mümkün deyil. Ona görə də immun çatışmazlığının verilmiş qrupunu ayırdıqda hüceyrənin immun zəncirinin üstün zədələnməsi haqqında danışmaq olar. Uşaqlarda bu sindrom hər 25000 nəfərdən bir olur. Bu xəstəliyin gedişatı QİÇS xəstəliyinin gedişatı kimi olur. Xəstə uşağın orqanizmi infeksiyalara müqavimət göstərmir, ona görə də belə uşaq doğulan kimi xüsusi plastik küventə yerləşdirilməlidir. Bu uşaqların 50 %-i altı ay yaşamaq şansına malikdirlər, ona görə də uşaqda bu xəstəliyin mövcudluğu gen terapiyasının vacibliyini göstərir.