Azəriqazbank Açıq Səhmdar Cəmiyyəti 1992-ci ildə təsis olunmuşdur.
AGBank Azərbaycanın ən fəal banklarından biri olduğu ilə yanaşı, 15 sentyabr 1993-cü ildən etibarən Bakı Fond Birjasının fəal iştirakçısıdır.
AGBank 1997-ci ilin may ayından başlayaraq Avropa Birliyinin Partner Fondunun RARP-1 proqramı çərçivəsində aqrarsənaye layihələrinin maliyyələşdirilməsinə başlayan ilk bank olmuşdur. Bu proqrama əsasən Azərbaycanın Mingəçevir şəhərində iri dəyirmanın tikilməsi üçün ayrılmış kreditlə yanaşı cəmi 2.97 milyard manat məbləğində 4 kredit ayrılmışdır. RARP-1 proqramının borc fondu tam həcmdə geri qaytarılmışdır. 1998-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı ilə AGBank ASC arasında AGBankın inkişafı proqramının hazırlanması üzrə müqavilə imzalanmışdır. Bu proqramın əsas mahiyyəti bank işinin dünya standatlarına yaxınlaşdırılması olmuşdur. Məsləhətçilərin gərgin işi nəticəsində yerli şərtləri və xüsusiyyətləri nəzərə alan dünya standartlarına uyğun struktur hazırlanmışdır.
2000-ci ildən etibarən bankın auditoru PRİCEWATERHOUSECOOPERS beynəlxalq audit şirkəti hesab olunur.
Bankın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının istehsal və ticarət sektorlarının maliyyələşdirilməsinə yönəldilmişdir.
AGBank Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi proqramı üzrə Beynəlxalq Maliyyə Korporasiyasının yeganə bank-agentidir. 1998-ci ilin iyun ayında AGBank bu layihə çərçivəsində ilk dəfə olaraq ssuda ayırmış və tam olaraq 400 000 ABŞ dolları məbləğində birinci tranşı istifadə etmişdir. Kreditləşmənin obyektləri dəyirman, mebelin yığılması kimi istehsal və tipoqrafiya, fotolaboratoriya, dəlləkxana kimi xidmət sahələri olmuşdur.
Bankın perspektiv kredit portfelinə 450 000 ABŞ dolları məbləğində olan layihələr daxildir. 2002-ci ilin aprel ayında isə bank BMK qarşısında olan birinci tranş üzrə öhdəliyini təyin olunmuş qrafik üzrə tam şəkildə ödəmişdir. Bu proqramın işi zamanı bank dünya standartlarına uyğun olaraq kiçik və orta biznesin kreditləşməsi sahəsində tələb olunan təcrübəyə yiyələnmişdir. Bankda Kredit Komitəsi fəaliyyət göstərərək, kredit riskləri ilə əlaqədar qərarlar qəbul edir.
8 mart 2003-cü ildə BMK və AGBank arasında bağlanmış çərçivə sazişinə əsasən banka1 200 000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır.
19 sentyabr 2003-cü ildə AYİB və AGBank arasında bağlanmış çərçivə sazişinə əsasən banka 1 000 000 ABŞ dolları məbləğində kredit xətti müəyyən olunmuşdur.
24 sentyabr 2004-cü ildə Alman-Azərbacan Fondu və AGBank arasında çərçivə sazişi imzalanmışdır. Bu sazişə əsasən banka 5 000 000 avro məbləğində kredit xətti müəyyən olunmuşdur. Bankın investisiya proqramına əsasən Alman-Azərbaycan Fondunun vəsaitləri kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilmişdir.
30 iyun 2004-cü ildə Müsabiqə Komissiyasının (Komissiya Maliyyə Nazirliyi və Milli Bank nümayəndələrindən ibarət idi) qərarına əsasən “AGBank”ASC kredit təşkilatı Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsinə icazə almışdır.
2 iyul 2004-cü ildə tərəflər arasında saziş imzalanmışdır. Sazişin şərtlərinə əsasən 12 397 000 000 manat məbləğində kredit xətti müəyyən olunmuşdur.
27 sentyabr 2004-cü ildə AYİB ilə AGBank arasında kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 2 000 000 ABŞ dolları məbləğində kredit xəttinin ayrılması haqqında müqavilə imzalanmışdır. 2005-ci ilin avqust ayında AYİB tərəfindən ayrılmış vəsait istehsal və xidmət sahələrində sahibkarlıq subyektlərinə tam olaraq istifadə olunmuşdur.
14 oktyabr 2005-ci ildə AYİB banka 1 500 000 ABŞ dolları məbləğində əlavə kredit xətti ayırmışdır.
14 aprel 2006-cı ildə bank ilə AYİB arasında kiçik və orta biznes sahələrinin maliyyələşdirilməsi üçün 2 000 000 ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanmışdır.
30 iyun 2006-cı ildə bank ilə BMK arasında kiçik və orta biznesin maliyyələşdirilməsi və lizinq əməliyyatları üçün 3 000 000 ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanmışdır. AGBank Azərbaycan bankları arasında Malayziya eksport-import bankının kredit xəttini almış ilk bank olmuşdur. Kredit xətti 1,5 milyon ABŞ dolları məbləğində ticarət sahələrinin (akkreditivlərin dəstəklənməsi, qarantiyaların verilməsi və s.), postmaliyyələşdirmənin maliyyələşdirilməsi üçün ayrılaraq, bu ödəmənin həyata keçirildiyindən sonra kreditin real vəsaitə çevrilməsinə imkan yaratdı. Bu kredit xəttinin çərçivəsinə əsasən hər layihə iki ilə qədər maliyyələşdirilə bilər. Malayziya Eksimbankının kredit xətti Malayziya mallarının və avadanlığının Azərbaycana gətirilməsinın maliyyələşdirilməsinə yönəldilmişdir.
Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “AGBank”a müvəqqəti inzibatçılar təyin olunub. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.[1] Son keçirilən yoxlamalara əsasən "AGBank"ın kapitalı mənfi 145 milyon manat təşkil edir və bankın likvidliklər bağlı ciddi problemləri var. Bankda problemli kreditlərin xüsusi çəkisi 54% təşkil edir.[2]