ALFA karteli

Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

"ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədi ilə yaradılmışdır.

Öhdəlikləri[redaktə | mənbəni redaktə et]

Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır.

Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir.

Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.

Konfederasiya Rumıniya fəhlələrinin maraqlarına təsir göstərə biləcək hökumət tərəfindən verilmiş qərarlara öz mövqeyini ifadə edir, üzvlərini və ictimaiyyəti bu barədə daima məlumatlandırır.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Konfederasiya heç bir inzibati orqandan, siyasi partiyadan asılı olmayan müstəqil təşkilatdır. İstənilən şəxs onun üzvü ola bilər.

Hazırda konfederasiyaya sahə müxtəlifliyi baxımından özəl və dövlət sektoru daxil olmaqla 38 sahə birliyi daxildir.

Rəhbərləri[redaktə | mənbəni redaktə et]

Hazırda təşkilatın rəhbəri 2009-cu ilin dekabr ayından Boqdan Hossudur.[1]

Beynəlxalq əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları KonfederasiyasıAvropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Arzu ŞAHBAZİ. Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası — CNSLR Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 31.08.2012.  (az.)
  • ICTUR et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • cartel-alfa.ro — Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytı