AMİ Frankı

CFA frankı (fr. franc CFA) — CFA frankı, on dörd dənə ölkədə (köhnə Fransız müstəmləkəsi olan on iki dənə Afrika ölkəsi, köhnə Portuqal müstəmləkəsi olan Qvineya Bissau və köhnə İspan müstəmləkəsi olan Ekvatorial Qvineya) istifadə edilən pul valyutasıdır. Mərkəzi Afrika CFA frankına aid ISO 4217 kodu XAF, Qərbi Afrika CFA frankına aid olan kod isə XOF-dir. CFA frankı Avro ilə sabitlənir.

AMİ Frankı
Kod və simvol
Simvol FCFA
Dövriyyə ərazisi
Emitent ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1945-ci ildən 1958-ci ilə qədər "CFA", Fransız Afrika müstəmləkələri ("Colonies françaises d'Afrique"); 1958-ci ildən 1960-cı illərin əvvəllərindək bu ölkələrin müstəqilliyinə qədər Afrika Fransız Komitəsi ("Communauté française d'Afrique"); və müstəqillikdən bəri CFA Afrika Finans Komitəsi ("Communauté Financière Africaine") mənasına gəlir[1].

Qərbi Afrika CFA frankı Seneqalın paytaxtı Dakarda Qərbi Afrika Dövlətləri Mərkəz Bankı tərəfindən buraxılır, Mərkəzi Afrika CFA frankı isə Kamerunun paytaxtı Yaoundedə Mərkəzi Afrika Dövlətləri Bankı tərəfindən buraxılır. Bir frank 100 dənə centimeyə bölünür, lakin centimelər buraxılmır.

Mərkəzi Afrika CFA frankı və Qərbi Afrika CFA frankı digər pul vahidlərindən fərqli olaraq eyni dəyərə sahib olmalarına baxmayaraq Qərbi Afrika CFA frankı, Mərkəzi Afrika CFA frankını istifadə edən ölkələrdə keçmir.

İstinadlar[redaktə | mənbəni redaktə et]