AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru akademik İradə Hüseynovadır.[1]

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 2014
Digər məlumatlar
Direktor İradə Hüseynova
Ünvan AZ1073, Bakı ş., Mətbuat prospekti. 2A
Sayt imbb.az

Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və 01 iyul 2016-cı il tarixindən institut müstəqil fəaliyyətə başlamışdır.[2]

İnstitutun Rəhbərləri

[redaktə | mənbəni redaktə et]

Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası 1971-ci ildə Botanika İnstitutunda akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Əvvəl qrup kimi fəaliyyətə başlanılmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir.

1983-cü ildə laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları laboratoriyası yaradılmışdır.

1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsi təşkil olunmuşdur.

2005–2010-cu illərdə şöbədə 4 yeni laboratoriya yaradılmış və onun adı isə dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır.

2012-ci ildə şöbənin nəzdində 2 beynəlxalq laboratoriya yaradılmışdır. Hazırda institutun strukturunda 3 şöbə, 5 beynəlxalq laboratoriya fəaliyyət gösrərir. İnstitutda 118 əməkdaş, o cümlədən 59 elmi işçi, 1 akademik, 3 AMEA-nın müx. üzvü, 10 elmlər doktoru və professor, 20 nəfər biologiya üzrə fəlsəfə doktoru çalışır. Eyni zamanda, institutda 3 ixtisas üzrə (molekulyar biologiya, biotexnologiya və biokimya) magistratura təhsili həyata keçirilir.

Əsas fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • Fotosintez prosesində günəş enerjisinin elektrokimyəvi və metabolik çevrilmələrinin molekulyar mexanizmləri, fotosintezin biomimetik modellərinin
  • işlənilib hazırlanması, tədqiqi və optimallaşdırılması;
  • Bitkilərin abiotik və biotik amillərə davamlılığının molekulyar mexanizmləri;
  • Eukariot genomlarının təşkili və ekspressiyasının müqayisəli tədqiqi;
  • Makromolekulyar quruluşların saflaşdırılma və yoxlanılma metodları;
  • Molekulyar və hüceyrə biotexnologiyası yolu ilə kənd təsərrüfatı və insan sağlamlığı problemlərinin həlli yollarının araşdırılması.

Əsas elmi nəticələri

[redaktə | mənbəni redaktə et]
  • İlk dəfə olaraq bitki mənşəli karboanhidraza fermenti kristal şəkildə alınmış, fermentin struktur-funksional təşkili hərtərəfli öyrənilmiş və dördüncü quruluşunun molekulyar modeli təklif edilmişdir;
  • Ali bitkilərin tilakoid membranlarında piqment-zülal komplekslərinin topoqrafiya modeli təklif edilmiş və onların formalaşma və yığılma proseslərinin molekulyar-ginetik mexanizmləri aydınlaşdırılmışdır;
  • Dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması haqda uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast genotiplərlə müxtəlif üsullarla aparılan çoxillik təcrübələrlə sübut edilmişdir ki, fototənəffüs təkamül nəticəsində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır;
  • Xloroplast DNT-nin genom kitabxanası yaradılmış, yad genləri bitkilərə köçürmək üçün vektor sistemləri konstruksiya edilərək, transgen bitkilər alınmışdır;
  • İlk dəfə olaraq Azərbaycanda "Xromosom üzərində addımlarla" metodu vasitəsilə malat/sitrat simporter zülalını kodlaşdıran cits geninin nukleotid ardıcıllığı müəyyənləşdirilmiş və Stolbur qrupunun (XII) təyini üçün yeni Nsted PZR test metodu hazırlanmışdır. İlk dəfə olaraq, 'Ca. P. solani' növünün Avropa və Aralıq dənizi ətrafı üçün endem hesab olunan müxtəlif izolyatları aşkar edilmişdir. İlk dəfə olaraq dünyada meyvə (armud) ağacının fitoplazmaları üçün növlərarası rekombinasiya müəyyən edilmişdir;
  • Azərbaycanda ilk dəfə olaraq 16S ribosom geninin sekvens analizi nəticəsində üzüm bitkisində 'Candidatus Phytoplasma solani' fitoplazma növü aşkar olunmuş və onun təhlükəli "Bois noir" xəstəliyini törətməsi müəyyən edilmişdir;
  • Yabanı və mədəni paxlalı bitkilərdə nanovirus xəstəliklərinin bir neçə Avropa ölkəsində birgə tədqiqi zamanı Gəncədən toplanmış noxud bitkisində elm üçün yeni nanovirus — Black medic leaf roll virus (BMLRV) identifikasiya edilmiş və onun tam genomu sekvens olunmuşdur. Azərbaycan və İspaniyadan götürülmüş lobya nümunələrində Faba bean necrotic yellow virusun (FBNYV) beş izolyatı və Azərbaycandan olan noxud, yaşıl noxud, mərcimək və lobya nümunələrində faba bean necrotic stunt virusun (FBNSV) dörd izolyatının tam sekvens olunması nəticəsində FBNSV nanovirusunun Avropada ilk dəfə identifikasiya olunması sübut edilmişdir;
  • Eb genoma malik Thinopyrum bessarabicum yabanı taxıl otu növünün 3Eb və 6Eb xromosomlarının identifikasiyası üçün yeni spesifik RAPD praymerləri müəyyən olunmuşdur;
  • Torpaq quraqlığı şəraitində becərilən buğda bitkisində ontogenezin bütün fazalarında sərbəst radikalların yaranma səviyyələri, antioksidant müdafiə sistemləri, fotosintetik membranların struktur-funksional vəziyyəti və molekulyar markerlərlə quraqlığa davamlılıq potensialının qiymətləndirilməsi əsasında buğdanın su qıtlığına adaptasiya mexanizmləri müəyyənləşdirilmişdir;
  • Bitkilərin RNT polimeraza II promorlarının axtarışı üzrə mövcud vasitələrə nisbətən 20% daha yüksək dəqiqiliyə malik yeni TSSPlant kompüter proqramı yaradılmış və tədqiqatçıların sərbəst istifadəsinə verilmişdir: http://www.cbrc.kaust.edu.sa/download/ Arxivləşdirilib 2019-07-28 at the Wayback Machine
  • Zəfəran (Crocus sativus L.) bitkisinin in vitro şəraitdə bir sınaq şüşəsində 10–25 zəfəran mikrisoğanağı almağa imkan verən yeni biotexnoloji çoxaldılma metodu işlənib hazırlanmışdır;

Süni şəraitdə becərilən Şirvan-Şah üzüç sortunun mikroklonal çoxaldılması zamanı morfogenezin xüsusiyyətləri öyrənilmiş, hormonal və qida mühitinin trofik amillərindən asılı olaraq müxtəlif becərilmə şəraitləri araşdırılmış, virus təbiətli patogenlərə qarşı yüksək yoluxma dərəcəsi müəyyən edilmişdir.

Struktur bölmələri

[redaktə | mənbəni redaktə et]

Direktor: Akademik İradə Məmməd qızı Hüseynova

  • Təhsil şöbəsi
  • Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi
  • Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi

Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin laboratoriyaları

[redaktə | mənbəni redaktə et]
  • Genomun quruluşu və ekspressiyası laboratoriyası
  • Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyası
  • Bitki biotexnologiyası laboratoriyası
  • Xloroplastların fotokimyası laboratoriyası
  • Bioinformatika laboratoriyası
  • Hüceyrənin membran sistemləri laboratoriyası
  • Bioadaptasiya laboratoriyası
  • Hüceyrənin tənzimləyici sistemləri laboratoriyası
  • Fotobioenergetika laboratoriyası
  • Hesablama struktur biologiyası laboratoriyası
  • Molekulyar biotexnologiya laboratoriyası
  • Bionanotexnologiya laboratoriyası
  • Proteomiks laboratoriyası
  • Molekulyar biomühəndislik laboratoriyası
  1. "Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəsmi səhifəsi". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  2. "Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu AMEA-nın veb səhifəsi". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.