AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı

AMEA Naxçıvan Bölməsinin Nəbatət bağıAMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun tərkibində fəaliyyət göstərir.

AMEA Naxçıvan Bölməsinin Nəbatət bağı 2003-cü ildə Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında salınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə bu bağ Muxtar Respublikanınmuzeyləri siyahısına daxil edilmişdir.

Statistik məlumatlar

[redaktə | mənbəni redaktə et]

Bağın təcrübə sahəsi 13,2 hektardır və sturukturuna uyğun olaraq təcrübə sahələrinə ayrılıb. Nəbatət bağında hər bir bitkinin xüsusiyyətləri tədqiq edilir, yayılma zonalarının xəritəsi tərtib olunur, mühafizə yolları müəyyənləşdirilir.

Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən, Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq olunur. Həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimalı Amerika mənşəli bitkilər əkilərək introduksiya olunur.

Nəbatət bağına müxtəlif rayonların meyvə bağlarından və şəxsi təsərrüfatlardan qiymətli yerli meyvə sortları gətirilərək burada meyvə genefondu bağı yaradılıb. Bağda muxtar respublikanın yerli meyvə bitkiləri ilə yanaşı, tərəvəz və bostan bitkiləri genefondu da toplanılır ki, həmin nümunələr AMEA Genetik Ehtiyatlar İnstitutunun genbankında saxlanılır. Bağın ərazisində Nadir bitkilər kolleksiyası sahəsi də fəaliyyət göstərir. Burada Naxçıvan Muxtar Respublikanın və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 43 geofit bitki becərilir. Bundan başqa, Gürcüstan, Türkiyə və Rusiya Botanika bağlarından gətirilən 68 ağac, kol və dekorativ bitkilərin növ tərkibi də öyrənilir. Bağda bir çox növlərin toxumlarından alınan cücərtilər üzərində müşahidələr aparılır.

  1. Naxçıvan Bölməsinin Nəbatat bağı muxtar respublikanın canlı təbiət muzeyidir. 16.12.2016