ATƏT-in Parlament Assambleyası

ATƏT-in Parlament Assambleyası - 317 parlamentarisi olan beynəlxalq parlament qrupu. 1990-cı ildə Parisdə yaradılmışdır. Assambleya ildə bir neçə dəfə Milli parlament deputatlarını toplayaraq ATƏT-lə bağlı məsələləri müzakirə edir. Hər il Assambleya səs çoxluğu ilə sədr seçir, sədr əsas yığıncaqlarda iştirak edir və yığıncaqlara sədrlik edir. Mənzil-qərargahı Kopenhagendədir. Assambleyanın daimi əməkdaşları 14 nəfərdir.