ATV (Türkiyə)

ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A.Ş.-yə satılmışdır. ATV Ana Haber Bültenini həftə içi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər. 28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır.

ATV
Loqonun şəkli
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Azərbaycan Azərbaycan (rəqəmsal yayım)
Şimali Kipr Türk Respublikası ŞKTR
Yayım ərazisi Türksat 4A peykinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah
Yaranma tarixi 12 iyul 1993[1]
Sahibi Dinç Bilgin (1993-2000)
Çukurova Holding, Ciner Medya Grubu, Murat Vargı (2000-2001)
Dinç Bilgin (2001-2002)
Ciner Medya Grubu (2002-2007)
TMSF (2007)
Turkuvaz Medya Grubu (2007-indi)
Şüar ATV Seyredeceksiniz (sentyabr 1993-aprel 2003)
Kaliteden Ödün Vermeden Zirvede (aprel 2003-sentyabr 2006)
Dizi ATV'de izlenir. (sentyabr 2006-indi)
Sayt atv.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.

Qardaş kanallar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]