AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı.[1]
AUKUS | |
---|---|
Növü | hərbi ittifaq |
Yaranma tarixi | 15 sentyabr 2021 |
Fəaliyyət göstərdiyi yer | Hind-Sakit okeanı regionu |
Vikianbarda əlaqəli mediafayllar |
Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər.[2] Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir.[3] Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi.[4]
17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.