AVIC AG600 və ya kod adı ilə Su əjdahası[1] – Çin tərəfindən istehsal olunmuş amfibiya-təyyarə. Dünyanın ən böyük amfibiya-təyyarəsidir. İlk uçuşunu 24 dekabr 2017-ci ildə keçirib.
Sınaq uçuşu Çinin cənubunda Çhuhay şəhərinin aerodromunda həyata keçirilib. Təyyarə yerli vaxtla 09:39-da havaya qalxıb. Uçuş bir saat davam edib.[1]
AG600 təyyarəsinin uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir.[1]
Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var.[1]
AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.[1]