A Bao A Ku — Mevar bölgəsinin folklorunda uydurma fövqəltəbii varlıq. Nirvanaya mənəvi yüksəlişi simvolizə edir.
A Bao A Ku | |
---|---|
Yer | Qələbə qülləsi |
Ənənəyə görə, A Bao A Ku Çittorqarhdakı Qələbə qülləsinin spiral pilləkənində yaşayır. Bu varlıq adətən qüllənin aşağı pilləsində yatır, lakin insan ruhunun varlığına reaksiya verərək qüllənin girişində oyanır. Bundan sonra onun içində enerji parlamağa və bədəni hərəkət etməyə başlayır. A Bao A Kunun şüuru yalnız bir insan spiral pilləkəni qalxanda oyanır. Bu varlıq zəvvarların ən çox ayaq basdığı pilləkənlərin kənarlarında addımlayaraq onu izləyir. İnsan pilləkənləri qalxdıqca A Bao A Kunun forması, rəngi və parlaq işığı daha çox görünür. Buna baxmayaraq, onun zahiri yalnız yuxarı pillədə təzahür edir, çünki ona yalnız nirvana vəziyyətində olan və əməllərində pak olan insan çata bilər. Əks halda, A Bao A Kunun bədəni natamam qalır, mavi rəngi solur. Varlığın iztirabları kamilliyə çatmağın mümkünsüzlüyü ilə bağlıdır. Zəvvar pilləkəndən enməyə başlayan kimi A Bao A Ku birinci pilləyə yuvarlanır. Bu varlığın buynuzları pilləkənlərin ortasına çatdıqda görünür. Rəvayətə görə, varlıq yalnız bir dəfə qüllənin eyvanına çıxmışdır. Alimlərə görə, buradakı ali yüksəlişin fərdiliyi Buddanın mükəmməlliyi ilə əlaqələndirilirmiş.[1]