A vitamini yağda əriyən vitaminlərdəndir, əsasən qaraciyərdə toplanır. Yüksək miqdarlarda alınması toksik reaksiyalarına (zəhərlənmə) səbəb ola bilir. A vitamininin miqdarı Retinol Equivalant ilə ölçülür.
Orta yaşlı kişilərdə A vitamininin lazımi miqdarı 1000 Retinol, orta yaşlı qadınlarda isə 800 Retinol tələb olunur.
Aşağıda bəzı qidaların içində Retionalun miqdarı verilmişdir.
A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin, dırnaqların və saçların sağlam qalmasını təmin edir. Diş və diş ətləri üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir. Sinir sistemi xəstəliklərində, soyuqdəymə, ayrıca olaraq böyrəklərdə, ağciyərlərdə problemlər yaranarsa A vitamini müsbət təsirlər edir. Öskürəyə faydalıdır.
Bu vitamin ən çox balıq yağında mövcuddur. Tez-tez süd və yumurtalı yeməklər yeyən insanlar bu vitamini kifayət qədər və hazır olaraq götürməkdədirlər. Ayrıca ərik, quşqonmaz, cəfəri, ispanaq, kök, kərəviz, kahı, portağal, pomidor, qırmızı istiot, yerkökü, kərə yağında da A vitamini vardır.
Retinol, A vitamininin bəsin olaraq alınan halına deyilir.