Aamu Heroqliflərdə | |||||
---|---|---|---|---|---|
|
Aamu (q.misir 𓂝𓄿𓅓𓅱 ꜥꜣmw) — Qədim Misirdə Qərbi Asiyadan olan əcnəbilər üçün istifadə edilən ümumi ad. Bu ad ümumi olaraq "Qərbi Asiyadan olanlar" kimi tərcümə olunur, lakin başqa alimlər "Aamu"nun kənanlılar və ya amoritlər olduğunu təklif etmişlər.[1][2]
E.ə. II minillikdə Misirə səfər edən İbrahimin "Aamu" və ya "Retcenu" ilə əlaqəli olduğunu düşünənlər var.[3] Devid Rohl İbrahimi "Aamu" adı ilə eyniləşdirməyi təklif etmişdir. Bəziləri bu adı "Aramu" kimi oxumağı təklif etmiş və aramilərə bağlamışdır.[4]