Aarhus


Orhus (dan. Aarhus) — Danimarkanın ikinci böyük şəhəri.

Şəhər
Orhus
Aarhus
Gerb[d]
Gerb[d]
56°09′23″ şm. e. 10°12′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub VIII əsr
Sahəsi
  • 91 km²
Mərkəzin hündürlüyü 6 ± 1 m, 105 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 290.598 nəf. (1 yanvar 2023)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 8000, 8100, 8200, 8210, 8220, 8229, 8230, 8240, 8245, 8250, 8260, 8270
Digər
aarhus.dk
Xəritəni göstər/gizlə
Orhus xəritədə
Orhus
Orhus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Liman şəhəri olan Orhus, Yutlandiya yarımadasının şimal-şərqində yerləşir. Əhalisi 2004-cü il siyahıyaalmasına görə 228 547 nəfərdir. Şəhər düz, məshuldar və meşəlik bir yerdə qurulub. Kömür və dəmir alışında şəhərin limanının önəmi böyükdür.

Şəhərin görməli yerləri arasında 13-cü əsrdən qalma, ölkənin və şimali Avropanın ən böyük kilsəsi olan kafedral kilsə, Danimarkalıların köhnə həyat tərzini canlandıran Den Gamle By ("köhnə səhər"), Botanika bağı, Tivoli Friheden əyləncə parkı və şəhərin sənət muzeyi ARoS-u göstərmək olar. Şəhərdə, həmçinin, ölkənin önəmli universitetlərindən biri yerləşir.

Orta əsrlərdə şəhər islandiya salnamələrində Arus adlanırdı. Şəhər Aross kimi tanınırdı. Bu, ār ("çay") və ōss ("ağız", müasir İslandlar bu sözü "çay deltası" kimi istifadə edir) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ad, şəhərin Aarhus çayının deltasında yerləşməsindən gəlir.

19-cu əsrdə, şəhər KopenhagenHamburqa nisbətən daha çox müstəqillik əldə etdi. 19-cu əsrin əvvəllərində Yutlandiyada üçüncü böyük şəhər idi. Əhalisi 1840-cı ildə Randers şəhərinin və 1850-ci ildə Aalborq şəhərinin əhali sayını ötür və beləliklə, Yutlandiyada ən böyük şəhər və Danimarkada ikinci böyük şəhər olmuşdur.

Şəhərdə Orhus Universiteti, Orhus Texniki Kolleci, Jurnalistika məktəbi, Orhus Musiqi Akademiyası, VIA Universitet kolleci, Orhus memarlıq məktəbi, KaosPilots və bir çox başqa ali, orta məktəb, təhsil mərkəzi yerləşir. Ali təhsilin bir çox sahələrində də təhsil almaq mümkündür: mühəndislikhəkimlikdən dil və texnologiyaya qədər.

2012-ci il 1 yanvar tarixinə Orhus Universiteti Danimarkada ən böyük universitet hesab edilirdi. Universitetdə təxminən 41500 bakalavr və 1500-ə yaxın magistr təhsil alır. Orhus Universitetinin adı dünyanın "100 ən yaxşı universiteti" siyahısında yer alır.

  1. 1 2 archINFORM (alm.). 1994.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]