Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (rus. Мустафаев Абыш Гусейнович və ya Гусеин-оглы, d. 1924 – ö. 2020, Qazax, Azərbaycan (indiki Ağstafa) rayonunun Köhnə Qışlaq kəndi) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı.
Abış Mustafayev | |
---|---|
Abış Hüseyn oğlu Mustafayev | |
Şəxsi məlumatlar | |
Ləqəbləri | Kabel Tağımının Təcrübəli və Qorxusuz Rabitəçisi |
Doğum tarixi | |
Doğum yeri | Köhnəqışlaq, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Köhnəqışlaq |
Dəfn yeri | Köhnəqışlaq |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Laləzər |
Atası | Hüseyn |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1943-1947 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Şyaulyay, Şvendris, Köniqsberq və digərləri. |
Təltifləri |
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb.
1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir.
50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır.
Beş övladı — üç oğlu, iki qızı var.
2020-ci il doğulub böyüdüyü indiki Ağstafa rayonunun Köhnə Qışlaq kəndində vəfat etmişdir,.
18 iyun 1944-cü il tarixdə düşmən tankları Şyaulyay şəhərindən qərbdə yerləşən Şvendris rayonuna meşədən daxil olmuşdular. Rəhbərliyin əlaqə saxlaması üçün istifadə etdiyi 268 SD və 126 SD rabitə xəttləri düşmən atəşi altında qalmış, nəticə olaraq hər 30–40 dəqiqə ara ilə rabitə kəsilirdi. Mustafayev həmin gün düşmən tanklarının top və minomyot mərmiləri altında 13 xətti bərpa etmişdir.
Dubissa rayonunda düşmən müdafiəsi yarıldıqdan sonra, 5 okytabr 1944-ci il tarixdə Mustafayev, xidmət göstərdiyi NP 54 SK rabitə xəttində qəhrəmancasına zədə almış 11 xəttin bərpasına nail olmuşdur. Hərbir halda rabitə 15–20 dəqiqə ərzində bərpa olmuşdur. Qərbi Şyaulyay və Dubissa rayonlarında rabitə xəttlərin operativ bərpasında göstərdiyi cəsarət və şücaətə görə Mustafayev hökumət tərəfindən "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir.
Mustafayev altıncı- kabel tağımının təcrübəli və qorxusuz rabitəçisi, məharətli və təşəbbüskar hər növ vəzifələrin icraçısı idi. 1945-ci ilin aprel ayında NP 335 SD rabitə xəttinin baxımını həyata keçirərkən rəqib tərəfindən artileriyya atəşi altında 500 metrlik "altıncı" xəttinə əlavə qoşaraq rəhbərliyin qüsursuz rabitə əlaqəsini təmin etmişdir.
8 aprel 1945-ci il tarixdə Köniqsberq şəhərində gedən küçə döyüşləri zamanı düşmən əsgərlərin avtomat atəşi altında 1 km uzunluğunda rabitə xətti çəkərək həmin sahəni güclü yanğından qurtarmışdır.
9 aprel tarixdə NP 335 SD xəttində aparılan xidməti işlər zamanı Mustafayev gecə saatlarında pulemyot və silah atəşi altında 11 xətdə yaranan xəsarətləri təmir etməyə nail olmuşdur.
Yuxarıda göstərilən cəsarət və qəttiyətinə görə Mustafayev "II Dərəcəli Vətən Müharibəsi Ordeni" ilə təltif edilmiş, həmçinin Baş leytenant hərbi rütbəsinə kimi yüksəlmişdir[1].
və bir çox orden və medallarla təltif edilib.