Abşeron neftli-qazlı sahəsi[1] və ya Abşeron neftli-qazlı rayonu[2] — Böyük Qafqazın cənub-şərqində ən zəngin neft-qaz sahəsi. Abşeron yarımadası və Abşeron arxipelaqını əhatə edir. Abşeron neftli-qazlı sahəsinin geoloji kəsilişində terrigen-karbonat çöküntülərindən ibarət Mezo-Kaynozoy kompleksi (8,5–9 km) iştirak edir. Bunlardan Orta Pliosenin (qum, qumdaşı və gillərin növbələnməsi) kəsilişində qalınlığı 10–80 km olan 30-dan çox neft-qaz horizontu var. Sahədə Qərbi Abşeron antiklinorumu, Qərbi Abşeron antiklinoriumu, Qərbi Abşeron sinklinoriumu, Mərkəzi Abşeron antiklinoriumu, Şərqi Abşeron sinklinoriumu və Abşeron arxipelaqı antiklinoriumu tektonik vahidləri ayrılır. Burada 50-dən çox sərbəst qırışığı olan 7 antiklinal zona var. Bu qarışıqlardan 26-sı işlənir. Tektonik pozğunluqlarla və palçıq vulkanları ilə bütün antiklinal zonalar mürəkkəbləşmişdir. Sahənin gələcəyi əsasən, oliqosen-Miosen və güman ki, Üst Təbaşir çöküntüləri ilə əlaqədardır.[1]