ABAD — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı[1] ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
ABAD | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 23 sentyabr 2016 |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Ünvan | Bakı şəhəri, A.M.Şərifzadə küç.157, AZ1138 |
Rəhbərlik | |
Rəhbər | Rüfət Elçiyev |
|
|
Rəsmi saytı |
ABAD Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.[2]
"ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb.
Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.).
Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi.[3]
"ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir. Məhsullar ilkin olaraq Masallı və Balakən rayonlarında təsərrüfatçılara təhvil verilmiş xüsusi monoblok-konteynerlərdə istehsal olunurdu. Bu rayonlarda ABADçı ailələrinə bütün standartlara cavabdeh olan xüsusi avadanlıqlarla təchiz edilmiş 18 monoblok-konteyner təqdim edilib. İstehsalat prosesi "ABAD"ın texnoloqlarının nəzarəti altında keçirilir.
№ | Məhsulun növü | Brendin adı | ABADçı-istehsalçı | Region |
1 | Mürəbbə, cem | "ABAD" brendi | Əliyevlər, Novruzovlar, İbrahimovlar, Bazarovlar, Xəlilovlar, Qurbanovlar, Zurnayevlər, Bağırovlar, Abdullayevlər, İsmayılovlar, Rəhimovlar ailələri | Masallı, Balakən |
2 | Bal | "ABAD" brendi | Hüseynovlar ailəsi, Məhərrəmovlar ailəsi, Nəzirovlar ailəsi, Qəniyevlər ailəsi, Mirzəyevlər ailəsi, Pənahovlar ailəsi, Nuriyevlər ailəsi, Əzizovlar ailəsi | Masallı, İsmayıllı, Şamaxı |
Mr. Bee | Kercom MMC | Bakı şəhəri | ||
Pətək | Bayramovlar ailə təsərrüfatı | Bakı, Quba, Qusar, Qəbələ | ||
Qarabağlı | "Zəngəzur" MMC | Sumqayıt şəhəri | ||
3 | Pendir | Şərəfə (Antep və
Kəndli növləri) |
Şükürovlar ailəsi | Masallı rayonu |
Hənifə | Hacıyevlər ailəsi | Balakən şəhəri | ||
Bharat | Niftəliyevlər ailəsi | Quba "ABAD" Factory | ||
İsmayıllı | Vəlizadə ailəsi | Beyləqan şəhəri (çəki ilə satılan pendirlər) | ||
Naxçıvan | ||||
Gədəbəy | ||||
İvanovka | ||||
Saçaq | ||||
Kaşar | Quba "ABAD" Factory | |||
4 | Kolbasa | Kəndli | Rəhimovlar ailəsi | Masallı rayonu |
Bizim nemət (kabanossi və krakov növləri) | Şabanovlar ailəsi | Balakən şəhəri | ||
"Toyuq kolbasası" və "Doktorskaya" | Ağasiyevlər ailəsi | Quba "ABAD" Factory | ||
5 | Sosislər | Bəh-bəh (südlü və hisə verilmiş) | Ələsgərovlar ailəsi | Masallı rayonu |
6 | Kompotlar | Şaftalı (2 çeşid:qırmızı və ağ fədai) | Haqverdizadələr ailəsi | Quba "ABAD" Factory |
Gavalı (hybrid və yapon) | ||||
Zoğal | Həsənovlar ailəsi | Oğuz rayonu | ||
Göyəm | ||||
Feyxoa | ||||
Heyva | ||||
7 | Alma şirəsi | Məmmədovlar ailəsi | Quba "ABAD" Factory | |
8 | Spirtli içkilər | AVEY | Məmmədovlar ailəsi | Bakı |
9 | Tərəvəz məhsulları | Badımcan kürüsü | Məmmədlilər ailəsi | Masallı rayonu |
Bişmiş tərəvəz salatı | ||||
Evsayağı tomat | ||||
Pomidor turşusu | Hacıyevlər ailəsi | Masallı rayonu | ||
Çerri pomidorları ilə turşu | ||||
10 | Yağ | Qara zirə yağı | Səbzəliyevlər ailəsi | Bakı şəhəri |
Kokos yağı | ||||
Badam yağı | ||||
Balqabaq tumu yağı | ||||
Kərə yağı | Səfyarovlar ailəsi | Füzuli şəhəri | ||
Fındıq yağı | Yekəbaşovlar ailəsi | Zaqatala rayonu | ||
Qoz yağı | ||||
11 | Meyvə qurusu | Alma qurusu | Cəfərovlar ailəsi | Quba "ABAD" Factory |
12 | Un | Düyü | Paşayevlər ailəsi | Şəki şəhəri |
Yulag | ||||
Qarğıdalı | ||||
Qarabaşaq | ||||
Buğda | ||||
Çovdar | ||||
13 | Çay | Qara çay | Axundzadələr ailəsi | Zaqatala |
14 | Ədviyyatlar | Sarımsaq tozu | "Garlic" MMC | Bakı şəhəri |
Üyüdülmüş sarıkök | ||||
Üyüdülmüş qara istiot | ||||
15 | Yarımfabrikat məhsullar | Pelmeni | Həsənovlar ailəsi | Bakı şəhəri |
Düşbərə | ||||
Vareniki | ||||
Yarpaq dolması | ||||
Kələm dolması | ||||
16 | Əzmələr | Şokolad əzmələri | Tulyakovlar ailəsi | Balakən |
Xurma doşablı əzmələr | ||||
Şokoladlı kremlər | ||||
17 | Antiseptik | Əliyevlər ailəsi | Bakı şəhəri | |
18 | Şirniyyat | Şəki halvası | Həşimovlar ailəsi | Şəki şəhəri |
Əl işləri sahəsi üzrə isə bütün Azərbaycan üzrə sənətkarlar qəbul olunur. Sənətkarlar arasında üstünlük Azərbaycan milli-mədəni ruhda hazırlanan suvenirləri düzəldənlərə üstünlük verilir. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində Azərbaycan milli-mədəniyyətinı xas olan bütün dekorativ sənət növlərinin suvenir nümunələri təqdim olunur: xalçaçılıq, dulusçuluq, oymaçılıq, rəngkarlıq, zərgərlik, misgərlik, həsirçilik, və s.
"ABAD" həmçinin orta sahikarlığa dəstək göstərir. Dəstək daha çox satışın təşkili xidmətindən ibarətdir, bir neçə MMC daxildir.
Məhsulların keyfiyyəti
"ABAD" leyblı altında satışa çıxarılan bütün məhsullar keyfiyyəti ilə seçilir. Onlar kimyavi qatqısıq evsayağı və 100% handmade üsulu ilə hazırlanır. Ət məhsulları 99% mal, qoyun və toyuq ətindəndir, 1% təbii ədviyyatlardan ibarətdir.
"ABAD"ın dəstək proqramı müxtəlif xidmətləri ehtiva edir. Bura marketinq, brendinq, dizayn, mühasibat xidmətləri, avadanlıqla təchizedilmə, hüquqi yardım, daşınma, qablaşdırma, logistika, bir pəncərə əsasında sertifikatlaşdırma və sonunda satışın təşkili kimi xidmətlər daxidlir. Bundan başqa, ABADçının adına bank hesabı və VÖEN açılır, satış baş tutduqda vəsaitlər ABADçının bank hesabına köçürülür. Zərurət yaranarsa, donor və partnyorlarımızın vasitəsilə "ABAD"çılara avadanlıq, ya güzəştli mikrokredit verilə bilər.
Qeyd: Vergi və DSMF hesabatlarının verilməsi. Suvenir hazırlayanlar vergidən azaddır.
"ABAD" etno-butiklərində əsasən dekorativ-tətbiqi xalq sənətkarlığı məhsulları satılır.
№ | Etno-butik | Açılış tarixi |
1 | İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu[4], Qız Qalası yaxınlığı | 18 mart 2017-ci il |
2 | Heydər Əliyev Beynəlxalq Hava Limanı[5] | 8 iyun 2017-ci il |
3 | Milli Gimnastika Arenası (yalnız iri beynəlxalq yarışlar zamanı) | 22 sentyabr 2017-ci il |
4 | Şamaxı rayonu, Dəmirçi kəndi[6] | 2 oktyabr 2017-ci il |
5 | Qəbələ rayonu, "Tufandağ" kurortu[7] | 2 yanvar 2018-ci il |
6 | 3 saylı Bakı "ASAN xidmət" mərkəzi | 17 mart 2018-ci il |
7 | "Fairmont Baku" Hotel[8] | 26 sentyabr 2018-cil il |
8 | Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi[9] | 29 oktyabr 2018-ci il |
9 | Masallı rayonu "ASAN Həyat" kompleksi nəzdində | 10 yanvar 2019-cu il |
10 | 7 saylı Bakı "ASAN xidmət" mərkəzi | 28.05.2022-ci il |
11 | Şərq Bazarı | 06.06.2022-ci il |
12 | Şamaxı "ASAN Həyat" kompleksi nəzdi | 05.12.2019-cu il |
Bakaleya Qida məhsullarının satışı "Bravo" hipermarketlərində, Grandmart və Bolmart supermarketlərində, həmçinin Rahat marketlərində yerləşən "ABAD" Bakaleyaları və stendlərində həyata keçirilir:
№ | Mağaza | Açılış tarixi | Ünvan |
1 | "ABAD" Bakaleyası "Bravo" Koroğlu | 7 noyabr 2018-ci il | Nizami rayonu, Heydər Əliyev prospekti 172 (Koroğlu metrosunun yanı) |
2 | "ABAD" Bakaleyası "Bravo" Əhmədli | 8 yanvar 2019-cu il | Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 4) |
3 | "ABAD" stendi "Bravo" Gənclik Mall | 8 yanvar 2019-cu il | Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, Gənclik Mall, 1-ci mərtəbə |
4 | "ABAD" Bakaleyası "Bravo" 20 Yanvar | 30 yanvar 2019-cu il | Nəsimi rayonu, Tbilisi prospekti 3007 |
5 | "ABAD" stendi "Bravo" Babək | 28 fevral 2019-cu il | Xətai rayonu, Babək pospekti 94 (Sərhədçi İdman kompleksindən yuxarı) |
6 | "ABAD" stendi "Bravo" 28 Mall | 2 mart 2020-ci il | Nəsimi rayonu, Azadlıq prospekti 15a/4 (28 Mall, 1-ci mərtəbə) |
7 | "ABAD" stendi "Bravo" Dəniz Mall | 24 iyun 2020-ci il | Səbail rayonu, Neftçilər prospekti 92 (Dəniz Mall) |
8 | "ABAD" stendi "Bravo" Şokolad Tower | 17 avqust 2020-ci il | Yasamal rayonu, Həsəb bəy Zərdabi prospekti, 574-cü məhəllə, "Şokolad Tower" yaşayış kompleksi) |
9 | "ABAD" stendi "Grandmart" Af-Mall Ticarət Mərkəzi | 16 noyabr 2020-ci il | Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 |
10 | "ABAD" stendi "Grandmart" AF Business House | 16 noyabr 2020-ci il | Nəsimi rayonu, Nizami küçəsi 203B |
11 | "ABAD" stendi "Grandmart" Altes Plaza | 16 noyabr 2020-ci il | Yasamal rayonu, İmayılbəy Qutqaşınlı küçəsi 507–511 |
12 | "ABAD" stendi "Grandmart" ABU Arena yaxınlığı | 16 noyabr 2020-ci il | Nərimanov rayonu, Aşıq Alı küçəsi 6B |
13 | "ABAD" stendi "Bolmart" 9-cu mkr | 16 noyabr 2020-ci il | Binəqədi rayonu, Mir Cəlal küçəsi 314 |
14 | "ABAD" stendi "Bolmart" Təzə Bazar | 16 noyabr 2020-ci il | Nəsimi rayonu, Səməd Vurğun küçəsi 107 |
15 | "ABAD" stendi "Üç Alma" Badamdar qəsəbəsi | 27 avqust 2020-ci il | Badamdar qəsəbəsi |
16 | "ABAD" stendi "Bizim Market" Ayna Sultanova | 25 dekabr 2020-ci il | Binəqədi ray., İ. Paşa Dadaşov küç. |
17 | "ABAD" stendi "Bravo" Yeni Günəşli | 16 fevral 2021-ci il | Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi |
18 | "ABAD" stendi "Bravo" Oazis | 16 fevral 2021-ci il | Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 2 |
19 | "ABAD" stendi "Bravo" 20-ci sahə | 05 mart 2021-ci il | Səbail r-nu, Ş. Allahverdiyev küç. 6B |
20 | "ABAD" stendi "Bravo" Lökbatan | 05 mart 2021-ci il | Qaradağ r-nu, Lökbatan qəsəbəsi, 28 May |
21 | "ABAD" stendi "Bravo" Yeni Yasamal | 05 may 2021-ci il | Yasamal r-nu, M. Xiyabani küçəsi 202A |
22 | "ABAD" stendi "Rahat Market" | 08 avqust 2021-ci il | Zabrat qəsəbəsi |
"ABAD" publik hüquqi şəxsin 6 regional mərkəzi fəaliyyətdir.
№ | Mərkəz | Açılış tarixi |
1 | Bakı "ABAD" baş ofis (3 saylı "ASAN xidmətin binasında, 4-cü mərtəbə) | 23 sentyabr 2016-cı il |
2 | Masallı "ABAD" regional mərkəzi | 3 sentyabr 2016-cı il |
3 | Balakən "ABAD" regional mərkəzi | 3 avqust 2017-ci il |
4 | Quba "ABAD" regional mərkəzi | 7 dekabr 2017-ci il |
5 | İmişli "ABAD" regional mərkəzi | 22 oktyabr 2018-ci il |
6 | Şəki "ABAD" regional mərkəzi | 29 oktyabr 2018-ci il |
7 | Tovuz "ABAD" regional mərkəzi | 6 mart 2020-ci il |
№ | Mərkəz | Açılış tarixi |
1 | Quba "ABAD" Məktəb | 7 dekabr 2017-ci il |
2 | Quba "ABAD" Factory İstehsalat Kompleksi | 28 sentyabr 2018-ci il |
3 | "ABAD" Gastro Village | 28 sentyabr 2018-ci il |
4 | Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi | 29 oktyabr 2018-ci il |
5 | Masallı "ABAD" Xalçaçılıq Mərkəzi | 10 yanvar 2019-cu il |
6 | Tovuz "ABAD Factory" İstehsalat Kompleksi | 6 mart 2020-ci il |
"ABADçı"lar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı həmçinin regiona "ASAN Həyat Kompleks"lərinin nəzdində və ərazisində açılmış "ABAD Food Hall"-larda təşkil olunur. Hazırda 5 "ABAD Food Hall" fəaliyyət göstərir:
№ | Food hall | Açılış tarixi |
1 | İmişli "ABAD Food Hall" | 22 oktyabr 2018-ci il |
2 | Şəki "ABAD Food Hall" | 29 oktyabr 2018-ci il |
3 | Şamaxı "ABAD Food Hall" | 5 dekabr 2019-cu il |
4 | Kürdəmir "ABAD Food Hall" | 12 fevral 2020-ci il |
5 | Ağcabədi "ABAD Food Hall" | 3 iyun 2020-ci il |
6 | Sumqayıt "ABAD Food Hall" | 20 iyul 2022-ci il |
Publik hüquqi şəxsin təsis etdiyi "Quba ABAD Factory"[10] istehsalat kompleksinin açılış mərasimi 2018-ci ilin sentyabrın 28-də keçirilib. İkimərtəbəli, ümumi sahəsi 1500 м²-ə yaxın olan müasir istehsalat kompleksində ABADçılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir:
Qeyd: Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə "Quba ABAD Factory" ərazisində müvafiq infrastruktur yaradılıb. Kompleksdə 30 ABADçı ailəsi fəalliyət göstərir. Məhsul dövriyyəsi artdıqca bu sayın 80-dək qalxması gözlənilir.[11]
"Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin açılış mərasimi 4 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz "ASAN Həyat" kompleksinin açılışı zamanı baş tutub. Fabrik "Qazax Sement Zavodu" MMC və "Fito Life" MMC-nin dəstəyi ilə 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və ölkəmizdə ilk dəfə tətbiq edilən avadanlıqlarla təchiz edilmiş "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirməsinə hədəflənib.
Fabrikin ərazisi 3000 m² təşkil edir. Xammal anbarı, hazır məhsul anbarı, su anbarı, qazanxanası və laboratoriyası var. Fabrikdə 3 istehsal xətti qurulub:
Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. Fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30–100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək.
2018-ci il oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər.
"ABAD" publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina "Paşa Holdinq"in dəstəyi ilə yenidən qurulub. Mərkəz "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir. Qoruğ UNESCO-nun mədəni irs siyahısında salınıb. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. İkimərtəbəli binada işçilər və təlimlərə qoşulacaq şəxslər üçün istirahət otaqları da var. Burada, həmçinin termik soba və təlim otaqları, xammal və hazır məhsul anbarları, etno-butik, ofis və xalçaçılıq otağı yerləşir. Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb.
Hazırda burada 12 sənətkar çalışır, könüllülük proqramları həyata keçirilir. Mərkəzdə keramika sənəti ilə birgə xalçaçılıq və digər dekorativ-tətbiqi xalq sənət növləri üzrə təlimlər keçirilir.
Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi
2018–2019-cu illərdə "PAŞA Holdinq"in dəstəyi ilə inşa edilən Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi i("TIKA") tərəfindən zəruri mal-matreial və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır.
Mərkəzdə keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir. Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keraika sənətkarları və həvəskarları üçün məhsulların bişirilmə vəs. proseslərinin ərsəyə gəlməsinə dəstək verir.
Hazırda Mərkəzda 10 əməkdaş daimi iş yeri ilə təmin edilib. Onlar tərəfindən hər ay müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır.
Ölkəmizdə yeni brendlərin əsasının qoyulması "ABAD"ın ali məqsədlərindəndir. Belə ki, Mərkəzdə yaradılmış şəraitdən və "ABAD" xidmətlərindən yararlanmaqla "ART Factory" adlı yeni "ABAD"çı burada müxtəlif dekorativ əşya və suvenirlər, məişətdə istifadə üçün keramika məhsulları istehsal edir.
"ABAD" publik hüquqi şəxsin təşəbbüsü ilə 20 may — 2 iyun 2019-cu il tarixində Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən tarixə"[1] adlı Keramika üzrə Beynəlxalq Simpozium təşkil olunub. Beynəlxalq Simpoziumun məqsədi müxtəlif ölkələrdən olan sənətkar-keramistlər (15 ölkədən 25 iştirakçı) ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları və ziyarətçiləri keramika sənətinin müasir meylləri və milli mədəniyyətimiz ilə tanış etmək olub.
"Food truck"lərin istehsalı (təkərli qoşqular) "ABAD" PHŞ daha bir layihəsidir. Food truck-lər səyyar şəkildə fəaliyyət göstərməsi Respublikada turizm infrastrukturuna daha da cəlbedici görünüş yaradacaq. "Truck"lər 4 istiqamətdə satış aparır:
Truck-lər daimi olaraq Bakı şəhərində müxtəlif sakinlər axını çox olan nöqtələrdə fəaliyyət göstərir. Lakin səyyar şəkildə bütün Azərbaycan üzrə tədbirlərdə iştirak edə bilər.
"ABAD" yarandığı gündən etibarən bir çox nüfüzlu beynəlxalq qurumlarla əməkdaşlıq edir. Bunlara BMTİP – Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını, Aİ — Avropa İttifaqını, TİKA- Türkiyə İş Birliyi və Koordinasiya Agentliyini, BP, GIZ- Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətini, AHK- Alman-Azərbaycan Xarici Ticarət Palatasını, JICA — Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyini və başqalarını misal göstərmək olar.
Həyata keçirdiyimiz irimiqyaslı layihələrə BMTİP və GEF ilə birgə həyata keçirdiyimiz "Böyük Qafqaz Landşaftında Dayanıqlı Meşə və Torpaq İdarədilməsi" layihəsi çərçivəsində "Yüksək dağlıq məntəqələrin sakinlərinin əlavə gəlir mənbəyi ilə təmin edilməsinə dəstək üzrə ixtisaslaşmış yerli müəsisənin seçilməsi proqramını Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən, ümumilikdə 44 ailəni əhatə edən "Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala[13] iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" üç illik layihəsini misal göstərmək olar. İrimiqyaslı layihələrdən əlavə isə, "ABAD" müntəzəm olaraq AHK, GİZ, yerli şirkətlərdən isə Ekvita ilə xaricdən ekspertlərin cəlb olunması istiqamətində layihələr həyata keçirir.
Bu günə qədər, "ABAD" heyətinə və ABADçılarımıza marketinq, mühasibatlıq, onlayn rezervasiya sistemlərinin qurulması, layihə idaredilməsi, həmçinin müxtəlif qida məhsullarının istehsalı sahəsində müxtəlif ölkələrdən olan peşəkar texnoloqlar tərəfindən təlimlər keçirilmişdir.
"ABAD" Məktəblərində sənətkarlıq üzrə nəzəri və tətbiqi təlimlər keçirilir. Onların startı haqqında elanlar "ABAD"ın sosial şəbəkələrdəki səhifələrində verilir.
Hazırda Quba "ABAD" Məktəbində zərgərlik təlimləri təşkil olunur. Masallı "ABAD" Xalçaçılıq Mərkəzində isə xalçaçılıq üzrə təlimlər keçirilir. "ABAD" təlimlərini bitirən şəxslər ABADçı adını qazanmaq şansı əldə edirlər.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |