Abbadilər sülaləsi — İşbiliyə mərkəz olmaq üzrə cənubi-qərbi Əndülüsdə hökm sürən bir ərəb xanədanı (1023–1091).
İşbiliyə qazısı Əbülqasım Məhəmməd ibn Abbad, Əndülüs Əməvi xilafətinin son illərində müluküt-təvaifin ortaya çıxdığı sırada Abbadilərin istiqlalını elan etdi (1023). Xanədanın qurucusu Məhəmməd ibn Abbadın Hirədəki Lahmi kralları soyundan gələn ataları, Əndülüsün fəthindən dərhal sonra Hımstan İşbiliyəyə köç edərək orada yerləşmişdilər. Məhəmməd ibn Abbad başlanğıcda Malaqadakı Həmmudilərin hakimiyətini qəbul etsə də, bu durum çox davam etmədi. Bu dövrdə Abbadilərin ən təhlikəli rəqibləri Kortubadakı Cöhvərilər idi. Dövrü hqqında çox bilgi olmayan Məhəmməd ibn Abbad 1042-ci ildə öldü.
Muhamməd ibn Abbadın oğlu Əbu Amr Abbad b. Məhəmməd, ərəblərin lideri sifətiylə Əndülüsdəki Bərbərilərə qarşı hərəkətə keçdi. İlk iş olarak Karmunədəki (Carmona) Məhəmməd ibn Abdullah əl-Birzali və oğlu İshaq ilə mücadiləyə girişdi. Daha sonra ölkəsini qərbə doğru genişlətmək üçün əsgəri hərəkata başladı. Onun bu uğurları Batalyəvs (Badajoz), Cəzirətülhadra (Algəciras), Qrnata və Malaqa hakimlərini birləşməyə sövq etdi. Bir müddət sonra Batalyəvstəki Əftasilər ilə Abbadilər arasında başlayan mücadilələr 1055-ci ilə qədər davam etdi.
Bu məqalə qaralama halındadır. |