Bağırov Abbas Nizami oğlu (29 avqust 1982, Tovuz) — müğənni, Azərbaycanın əməkdar artisti (2011), Azərbaycan Dövlət Televiziyasının solisti (2011-ci ildən).[3]
Abbas Bağırov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 29 avqust 1982 (42 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janrlar | klassik musiqi, xalq musiqisi, pop musiqisi |
Musiqi alətləri | fortepiano |
Boyu | 1.70 sm[1][2] |
Mükafatları |
Abbas Bağırov 29 avqust 1982-ci ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000–2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003–2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub. Həmçinin Türkiyə, Rusiya, Fransa, İtaliya, Amerika və digər Avropa ölkələrində təşkil olunan festivallarda da, Azərbaycanı təmsil edib. 2005–2009-cu illərdə "A-trio" adlı qrup yaradıb. Lakin bir müddət sonra qrup dağılıb. 2006-cı ildə "Sarı gəlin" xalq mahnısına qısametrajlı film-klip çəkdirib. 2007-ci ildə Gəncə şəhərinin 2500 yaşıyla əlaqədər şəhər icra hakimiyyətinin önündəki meydanda konsert verib. Son bir neçə ildir ki, özü də mahnı yazır: həm sözlərini, həm muqiqisini. Bu bəstələri, həm özü, həm də bir çox digər müğənnilər ifa edirlər. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.[4]