Abbas Seyidov

Abbas Seyidov (1 aprel 1957, Naxçıvan) — tarix elmləri doktoru, professor.

Abbas Seyidov
Abbas Qadir oğlu Seyidov
Doğum tarixi (67 yaş)
Doğum yeri Naxçıvan şəhəri, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Tarix
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi adı Professor
İş yerləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Təhsili
Mükafatları Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
“Qızıl Qələm” jurnalist mükafatı laureatı
abbas-seyidov.info

Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvü. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru.[1] AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü. Naxçıvan arxeoloji ekspedisiyasının Babək-Culfa dəstəsinin rəisi. "Tarix, insan və cəmiyyət" jurnalının baş redaktorunun müavini.[2] Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru (2022–2023).[3] 27 may 2023-cü ildə öz ərizəsi ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.[4]

28 kitab və monoqrafiyanın, 300-ə yaxın elmi məqalənin müəllifi.

Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, "Qızıl qələm" mükafatı laureatı.

Peşəkar musiqiçi. Tar, saz, gitara və s. simli musiqi alətlərinin ifaçısı.

Abbas Seyidov 1957-ci ilin aprel ayının 1-də Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini tarix ixtisası üzrə bitirib.

Ailəlidir. 4 övladı və 6 nəvəsi var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

"Arxeologiya" ixtisası üzrə "Naxçıvanın Kür-Araz mədəniyyəti abidələri" mövzusunda namizədlik (PhD), "Naxçıvanın Tunc dövrü mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Çoxlu sayda xaricdə nəşr edilmiş, o cümlədən beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən məcmualarda çap olunan əsərləri var.

"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür.[5]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinə dair kitab və monoqrafiyaların, Helenendorf (müasir Göygöl) şəhərinin tarixi və almanların mədəniyyəti haqqında kitab və dərs vəsaitinin müəllifidir.

  1. İbtidai cəmiyyətdən şəhər mədəniyyətinə. Bakı, 2016.
  2. Dədə Qorqud yadigarı – Bayburt. Bakı, 2015.
  3. Qədim Ordubad. Naxçıvan, 2014.
  4. Şortəpə. Bakı, 2013.
  5. Qədim Şərur. Bakı, 2012, V. B. Baxşəliyev, S. M. Məmmədov və S. H. Aşurov ilə birgə.
  6. Aşağı Daşarx. Bakı, 2012, V. B. Baxşəliyev ilə birgə.
  7. Göygöl. Bakı, 2011, dərs vəsaiti.
  8. Sədərək. Bakı, 2011, V. B. Baxşəliyev ilə birgə.
  9. Naxçıvan 5000. Bakı, 2011.
  10. Xələc. Bakı, 2010, V. B. Baxşəliyev və V. Mahmudova ilə birgə.
  11. Yerin altından qayıtmış gözəllik Bakı. Bakı, 2009, R. Hüseynov ilə birgə.
  12. Ərəbyengicə. Bakı, 2009, V. B. Baxşəliyev ilə birgə.
  13. Helenendorf-Heleneno-Xanlar. Bakı, 2007.
  14. Naxçıvanın qədim metalı. Bakı, 2005, Ə. Həsənova ilə birgə.
  15. Naxçıvan e.ə. VII–II minilliklərdə. Bakı, 2003.
  16. Gəmiqaya (toponimlər, qədim köç yolları). Bakı, 2003.
  17. Naxçıvanın İlk Tunc dövrü mədəniyyəti. Voronej, 2002.
  18. Nəhəcirdə arxeoloji araşdırmalar. Bakı, 2002.
  19. Naxçıvanın ilk tunc dövrü abidələri və onların dövrləşdirilməsi. Bakı, 2000.
  20. Naxçıvan tunc dövründə. Bakı, 2000.
  21. Tarixdən səhifələr. Bakı, 1999.
  22. Mən Azərbaycan oğluyam. Bakı, 1999.
  23. İnsanlıq zirvəsində. Bakı, 1996.
  24. Vətən oğlu. Bakı, 1996.
  25. Naxçıvanın və Babək bölgəsinin arxeoloji abidələri. Bakı, 1995, Ə. İ. Novruzlu və V. M. Babayev ilə birgə.
  26. Qıvraq yaylasının arxeoloji abidələri. Bakı, 1995, V. B. Baxşaliev və V. M. Babaev ilə birgə.
  27. Naxçıvanın qədim tarixi. Bakı, 1995, V. B. Baxşəliyev ilə birgə.
  28. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələri. Bakı, 1993.
  1. "t.e.d., prof. Seyidov Abbas Qadir oğlu". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
  2. "TARİX, İNSAN VƏ CƏMİYYƏT JURNALIN REDAKSİYA HEYƏTİ". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
  3. "Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
  4. "AMEA Rəyasət Heyətinin iclası keçirilib". 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
  5. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.