Bu məqalə Abbasqulu xan Bayat haqqındadır. Bayatın digər istifadələri üçün Bayat səhifəsinə baxın. |
Abbasqulu xan Həsən xan oğlu Bayat (1735, Nişapur – 1779) — Bayat elindən olan sərkərdə, Nişapur valisi.
Abbasqulu xan Bayat | |
---|---|
Abbasqulu xan Həsən xan oğlu Bayat | |
Sonrakı | Cəfər xan Bayat |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nişapur, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Fəaliyyəti | hərbi lider[d] |
Uşaqları | Həsən xan, Cəfər xan |
Dini | Şiə İslam |
Nadir şah Əfşardan sonra onun qazandığı torpaqlarda ağır vəziyyət yarandı. Bu zaman İran dovlətinin taxt-tacına yiyələnən Adil şah dövran sürürdü. Onun sarayının görkəmli səxsiyyətlərindən biri, Xorasanın Bayat tayfalarından olan Abbasqulu xan Bayatdır.
Abbasqulu xan Bayat Cəfər xan Bayatdan sonra Nişapur hakimi təyin edilmişdi.
1751-ci ildə Dürranilər sülaləsinin hökmdarı Əhməd xan Abdali ikinci dəfə Xorasana gəldi. Nişapuru mühasirə etdi. Şahrux şah Qırxlı-Avşar tərəfindən Nişapurda hakim olan Abbasqulu xan Bayat 2.000 nəfərlə müdafiəyə başladı. Dalbadal bir neçə döyüşdən sonra əfqanlar 12 min tələfat verdikdən sonra yenə Herata qayıtdılar.[1]
1752-ci ildə Əhməd xan yenidən Nişapura hücum etdi. Mühasirədə olan şəhərin vəziyyəti ağırlaşdığından Abbasqulu xan Bayat məsləhət gördü ki, Şahqulu xanın vasitəsilə Əhməd xana tabe olsun, bu şərtlə ki, əfqanlar keçən ilki müharibənin intiqamını almayıb, xalqın malına və canına toxunmasınlar.[2]
Abbasqulu xan Bayat Nişapurun məşhur Came məscidini təmir etdirmişdi.
Abbasqulu xanın Həsən xan, Cəfər xan adlı oğlanları vardı.