Abdulla Əl-Məşayxi

Abdulla Əl-Məşayxi[1] (d. 26 sentyabr 1998) — Azərbaycanı təmsil edən gimnast.

Abdulla Əl-Məşayxi
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (25 yaş)
İdman növü Akrobatika gimnastikası

Həyatı[redaktə | mənbəni redaktə et]

Abdulla Əl-Məşayxi 1998-ci il sentyabrın 26-da anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu.

Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Abdulla Əl-Məşayxinin səhifəsi  (ing.)". www.minsk2019.by (II Avropa Oyunlarının rəsmi saytı). 14.06.2019. 2019-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-22.