Abel Sançes: bir iztirabın tarixçəsi

İspaniyada 98 Nəslinin qabaqcıl yazıçılarından, filosof Miqel de Unamuno, roman, esse, hekayə, teatr və müxtəlif şeirlərin müəllifidir. Salamanka Universitetində professor, müxtəlif dövrlərdə üç dəfə rector olmuşdur. Həyat və yaradıcılığında, doqmatik fikirlərə, faşizmə qarşı mövqe ortaya qoymuş, bu səbəbdən Primo de Rivera rejimi tərəfindən sürgün edilmişdir. İkinci Respublika zamanı Salamankadan millətvəkili seçilmişdir. Frankist hərəkat zamanı əvvəlcə üsyana dəstək versə də, sonradan baş verənlər onu məyus etmiş və bu qərarından peşman olduğunu açıqca bildirmişdir. 1936-cı ildə General Frankonun qərarıyla ev həbsinə alınmış, qısa müddət sonra isə evində vəfat etmişdir.

Abel Sançes
isp. Abel Sánchez
Janr Fəlsəfi psixoloji roman
Müəllif Miqel de Unamuno
Orijinal dili ispan dili
Nəşr ili 1917
ISBN 978-84-7039-458-4

Müəllif[redaktə | mənbəni redaktə et]

XX əsrdə Avropada, ekzistensializm fəlsəfəsinin qabaqcıl təmsilçilərindən sayılan Unamuno Tanrı, inanclar, insan mənəviyyatı və xarakteri kimi bəşəri yüklü mövzuları öz əsərlərində oxucularına çatdırmışdır.

Əsər[redaktə | mənbəni redaktə et]

Uşaqlıqdan bəri bir-birlərini tanıyan, birlikdə böyümüş iki dost — Abel və Xoakin arasında gənclik illərində yaranmış davranış, xasiyyət fərqi, daha sonra isə Abelin Xoakinin sevdiyi bir qızla, Xoakinin qohumu Elena ilə evlənməyi, Xoakində Abelə qarşı dərin bir kin, nifrət duyğusu yaradır. Xoakinə görə Abel gizli gizli Xuakinin ağlını, dərrakəsini, bacarıqlarını bəyənmir, ona üstdən aşağı baxır və paxıllıq edir.

Abel rəssam, Xoakin isə həkimdir və hər ikisi öz peşələrində olduqca uğurludur. Onların ikisi istənilən məclisdə, istənilən yerdə bir birləri haqda yüksək fikirlər səsləndirirlər. Xoakin Abel haqqındakı mötəbər fikirlərini onu alçaltmaq niyyəti ilə edir daima və Abelin də ona qarşı bu cür davrandığına inanır. Xoakin öz daxilindəki dərin kindən bəzən iyrənir, bəzən onu sorğulayır və Abelə olan hisslərini analiz edərkən, Habil və Qabilin hekayəsindəki Qabilin Habilə olan hissləri arasında müəyyən paralellik görür, beləcə Tanrının insanlığa verdiyi müəyyən mənfi hissləri, həmçinin Tanrının insanlara olan münasibətini mühakimə və təhlil edir.