Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır.[1] Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.[2]