Abo sülh müqaviləsi — 1743-cü ildə Rusiya imperiyası ilə İsveç arasında bağlanmışdı. Müqavilə Rusiya-İsveç müharibəsində (1741-1743) İsveçin məğlubiyyətini təsdiqlədi. Avqustun 7-də Finlandiyanın Abo şəhərində bağlanmışdı.[1]
Danışıqlarda Rusiya, rus taxtının vəliəhdi Pyotr Fyodoroviçin dayısı Holşteyn şəhzadəsi Adolf Fridrixin İsveç taxtına vəliəhd seçilməsi şərti ilə öz ərazi iddialarını məhdudlaşdıracağına razılıq verdi.
İsveç tərəfi bu təklifi qəbul etdi.
Müqavilənin 21-ci maddəsi yərəflər arasında "əbədi sülh və dostluq" müəyyən edir, Rusiya və İsveç düşmən ittifaqlarda yer almayacağı barədə təəhhüd götürürdü.
1721-ci il Niştadt müqaviləsinin təsdiqi olaraq Rusiyanın Pribaltikada əraziyə sahib olmasını qəbul etdi.
↑ 12Або сүлһ мүгавиләси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 22.