Abonement

Abonement (fr. abonnement, imzalamaq) — abunə müqaviləsinin qüvvədə olduğu müddət ərzində və ya müddətsiz qaydada bir tərəfin (abunəçinin) hər hansı əmlakdan istifadə etmək və ya başqa tərəfdən vaxtaşırı müəyyən xidmətlərin göstərilməsini tələb etmək hüququna malik olduğunu təsdiqləyən: Kitabxana, telefon, şəhər nəqliyyat, teatr, konsert salonu və stadiondakı yerdən müəyyən müddətə istifadə hüququ; bu hüququ təsdiq edən sənəddir. Abonement sözünün dəqiq mənası müəyyən müddət ərzində hər hansı bir vasitənin xidmətindən istifadə etmək deməkdir. Kitabxanaların fondlarından (kitabxana və kitabxanalararası abonement) istifadə müqaviləsinə abonement müqaviləsi deyilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]