Abra və Yutpa

Abra və Yutpa - Türk mifologiyasında yeraltı ilanları. Abura və Yutma olaraq da tanınarlar.

Yeraltındakı Böyük Dəniz (Tengiz)də yaşayan və əjdahaya oxşayan nəhəng iki ilandır. Timsaha bənzər görünüşləri vardır. Bu əjdahaların biri Abra digəri isə Yutpadır və ikisinin adı birlikdə xatırlanar. Gözləri parlaq mis rənglidir. Ayaqları qızıldandır. İnanılmaz böyüklükdədirlər, görənlərin ürəyinə qorxu basar. Çox güclü çənələri vardır. Ker Abra, Ker Yutpa, Ker Arat və Ker Doydu olaraq dörd yeraltı canlısından bəzən birlikdə bəhs edilir. Bəzən də bunların eyni varlıq olduğu düşünülər. Abra və Yutpa, Erlik Xanın sarayının gözətçiləri olaraq da əfsanələrdə xatırlanar. Çəngəl quyruqlu və dörd ayaqlıdırlar. Yaşıl baldırlı, ağ sinəli, qayıq kimi yastı çənəlidirlər. Erlikin sarayını qoruyarlar. Bir yağnayı (fili) bir dəfəyə uda bilərlər.

Etimologiya[redaktə | mənbəni redaktə et]

  1. Abra: (Ab / ​​Ap / Av) kökündən törəmişdir. Abramak hərəkəti, dəniz vasitələrini idarə deməkdir. Sözün dənizlə olan əlaqəsi açıqdır. Aparmaq sözü qapmaq, götürüb aparmaq mənalarını ehtiva edər. Bundan başqa ağırlıq məzmunu söz kökündə mövcuddur.
  2. Yutpa: (Yut/Yud/Ud/Ut) kökündən törəmişdir. Udmaq, yemək mənalarını ehtiva edər.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]