Abtu və Anet —
Misir mifologiyasının 2 az tanınan personajı Abtu və Anet real ölçülərdən bir qədər uzaq, bir-birinə yoldaş və müqəddəs iki balıqdır.Əsas vəzifələri baş tanrı Amon Ranın gəmisi qarşısında ona yarana biləcək hər cür təhlükəyə qarşı diqqətlə hazır olub onu müdafiə etməkdir.Gəzdikləri və səyahət etdikləri ərazilərin sərhədi yoxdur.Gəmi gündüzlər səmada Şərqdən Qərbə-gündoğandan günbatana yelkən açar və gecələri qayıdıb yeraltına doğru əks istiqamətdə hərəkət edərmiş.