Acı boletus

Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[2]

Acı ağgöbələk
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Yarımaləm:
Yarımşöbə:
Yarımsinif:
Dəstə:
Fəsilə:
???:
Acı ağgöbələk
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır. Yeməli deyildir.

Quercus və carpinus cinsinin növləri ilə mikoriza əmələ gətirir. Yay və payız mövsümlərində müşahidə edilir. Nadirdir, tək-tək rast gəlinir, say dinamikası məlum deyil. Populyasiyası nadirdir, mənfi amillərin təsiri nəticəsində yayılma ərazisi azalır. Mikoriza əmələ gətirən növ olduğu üçün uyğun ağac cinslərinin olması vacibdir. Tək-tək rast gəlinməsi nəzərə alınaraq mühafizə edilməlidir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiya və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Şabran rayonu, Qalaaltı meşəsi ərazisində yayılmışdır.