Acanq Acanq qrupu — Filippinin cənubundakı terror təşkilatı olan Əbu Səyyaf qruplaşmasının xüsusi bir qolu. Qrup "Əkiz bombalama" hücumları ilə məşhurluq qazanmışdır. 27 yanvar 2019-cu ildə Sulunun Xolo şəhərindəki Katolik kilsəsində baş vermiş partlayışın arxasından bu qrupun olduğu iddia edilmişdir.[1][2] Hadisə nəticəsində 18 nəfər həyatını itirmişdir.[3]