«Adı naminə» (pol. W imie) — rejissor və ssenari müəllifi Malqojata Şumovskanın 2013-cü ildə ekranlaşdırdığı filmi. Filmin əsas mövzusu — öz seksuallığı ilə mübarizə aparmağa çalışan rahib barədə bəhs edilir[5]. Rejissor Malqojata Şumovskanın sözlərinə görə, o öz filmi ilə Polşa pressalarında kilsənin və kilsə nümayəndələrinin homoseksuallığı barədə kütləvi şəkildə yayılan müzakirələrdə qətiliklə öz fikrini bildirmək istədi[6]. Film 2013-cü ilin Berlinale kino festivalında, 25 iyun 2013-cü ildə isə San Fransiskonun Castro teatrında[7][8] hər il düzənlənən "Frameline" Film Festivalında nümayiş edilmişdi[9].
Adı naminə W imie | |
---|---|
pol. W imie | |
Janr | dram janrı |
Rejissor | Malqojata Şumovska |
Bəstəkarlar | Pavel Mıketın, Adam Valitski |
İlk baxış tarixi | 8 fevral 2013[1], 15 may 2014[2], 14 may 2015[3][4] |
Filmin növü | Bədii film |
Müddət | 96 dəq. |
Büdcə | 9 883 $ |
Ölkə | Polşa |
Dil | Polyakca |
İl | 2013 |
Rəng | rəngli |
IMDb | ID2650642 |
Roma Katolik kilsəsində çalışan ruhanilər artıq uzun müddətdir, azyaşlılara olan cinsi istismar və pedofiliya ittihamlarına görə pərt olurlar və "Adı naminə" filmini izlərkən bu iddiaları yada salmamaq çox çətindir[10]. 96 dəqiqəlik film diqqətlə daxildən bu məsələni araşdırır: yeniyetmə yetim oğlanlar üçün bir polyak kəndinin mərkəzində öz cinsi oriyentasiyası ilə mübarizə aparan rahib, mənəvi dəstək məqsədilə "mürəbbi" mərkəzi açır.
Keşiş Adam (baş rolda Andjey Hıra) — kənd sakinləri arasında populyar olan xarizmatik rahibdir. Burada o problemli gənclərlə işləyir və kənddəki yetimxanaya nəzarət edir. Burada yaşayan oğlanların həmişə yumuruqlarını işə salaraq, dava etməyə və xuliqanlıqla məşğul olmağa daim hazır olması təkzibolunmaz bir faktdır. Onların həyatda gördüyü çoxsaylı imtinalardan baxışları sərtləşib, ağızları isə söyüş söyməkdən yorulmayıb. Onların bir-birinə yönəlmiş qarşıdurma münasibətləri, rahib Adamın daha da mülayim tərbiyə davranışını yüksəldir. Buna görə də rahib hətta əgər nə etməli olduğunu yaxşı bilməsə də kənddə yaşayanlar onu çox sevir.
Adam Lukaş adlı ekssentrik yeniyetmə oğlanı görüncə (kənd sakinləri onu mülayimcəsinə "Şaltay" adlandırırlar), güclü sevqi hissləri duyur və bu durum onun rahib olmaq arzusu əslində özünün homoseksuallığından bir qaçmaq cəhdi kimi qəbul etməyə məcbur olur. Adamın Lukaş ilə ünsiyyətdən gələn sevinc hissləri tezliklə kəndlilərin onun gey olduğunu öyrəndikdən sonra, ondan üz çevirəcəklərindən qorxan ümidsizlik və çarəsizlik hissləri ilə əvəz olunur. Qəsdən yanğın törətmədə ittiham olunan çətinlikli oğlan tamamilə öz həmyaşıdlarından fərqlənir və məhz bu keşişin Lukaşa qarşı duyduğu şəhvət hisslərini daha da coşdurur. Göldə birgə üzmə, qarğıdalı sahəsində isə gizlən qaç oyunu keşişlə oğlan arasında baş verəcək hadisələrin yalnız əvvəlidir.
Adam gecə qaçışından evə qayıdarkən yaxınlıqdakı geyinib-soyunma binasının işıqlarının yandığını görür və təəccüblənir. Binaya daxil olan Adam iki yeniyetmə yetim oğlanın cinsi əlaqə ilə məşğul olduqlarının şahidi olur. Öz istəkləri ilə nə edəcəyini bilməyən keşiş, öz keçmişinə — yəni alkoqol düşkünü olan zamana dönməyi qərara alır. Sərxoş Adam Roma Papasının mətbəxdəki divardan asılmış portretinə əvvəlcə çoxlu zərbələr yetirir, daha sonra isə onunla rəqs edir. Lakin çox keçmədən o bu istehzanın tanrı tərəfindən göz ardı edilməyəcəyini anlayır və yerə yıxılaraq səhərə kimi orada qalır. Sabahısı gün kənddə güclü yağış baş verir. Adamın qapısı döyülür. Qapını açan Adam Lukaşı görür. Oğlanın da ona eyni sevgi hisslərini duyduğunu görən keşiş onu evinə dəvət edir və daha sonra onunla sevişir.
Bir müddət sonra kəndə çox sayda keşiş dəvət olunur; onların içərisində ciddi müzakirələr aparan Lukaş xüsusilə seçilir.