Adıge Dövlət Universiteti (rus. Адыгейский государственный университет, АГУ) — Rusiya Federasiyasına bağlı Adıge Respublikasının Maykop şəhərində yerləşən universitet. Respublikada aparıcı təhsil və tədqiqat mərkəzidir.
Adıge Dövlət Universiteti АГПИ, АГУ | |
---|---|
44°36′17″ şm. e. 40°06′36″ ş. u.HGYO | |
Əsası qoyulub | 1940[1][2] |
Ölkə | |
Sayt | adygnet.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Adıge Dövlət Universiteti 1940-cı ildə ilk olaraq Maykop Müəllimlər İnstitutu kimi yaradılmışdır. 1952-ci ildə Adıge Pedaqoji İnstitutuna çevrilmiş, 1993-cü ildən isə müasir addan istifadə olunur. Universitet 2 institut, 10 fakültə və 52 şöbədən ibarətdir. Burada aşağıdakı ixtisaslar və istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir: riyaziyyat, fizika, iqtisadiyyat, pedaqogika, filologiya və mədəniyyət, hüquqşünaslıq, tarix və s. Universitetəqədər hazırlıq şöbəsinin, Pedaqoji Kollecin və Respublika Fizika-Riyaziyyat Məktəbinin, eləcə də aspiranturanın köməyi ilə təmin edilir. Universitetdə Təkmilləşdirmə İnstitutu, aspirantura (16 ixtisas üzrə) və doktorantura fəaliyyət göstərir. Universitetdə humanitar və texniki kollec (Maykop), peşə təhsili mərkəzi, Rusiya Elmlər Akademiyasının Kabardin-Balkar Elmi Mərkəzinin Dağ Ərazilərinin Ekologiya İnstitutunun şöbəsi var. Beloreçensk, Yeysk, Novokubansk və s. şəhərlərdə filialları var. Təxminən 9 min tələbə burada təhsil alır.[3]