Adım Ələsgərdir, Göyçə mahalım... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Murad Quliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Aşıq Ələsgərin həyat və yaradıcılığını bədii obrazlarla əks etdirir.
Adım Ələsgərdir, Göyçə mahalım... | |
---|---|
Adım Ələsgərdir, Göyçə mahalım... | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Murad Quliyev |
Ssenari müəllifi | Əhməd Oğuz |
Baş rollarda |
Təbriz Vəliyev Könül Cəfərzadə Xəyal Salahov Mahir Mirişov Səyyar Rüstəmov Kərəm Vəliyev |
Operator | Zahid Bağırov |
İstehsalçı | Azərbaycan televiziyası |
İlk baxış tarixi | 6 oktyabr 2014, Azərbaycan televiziyası |
Filmin növü | qısametrajlı sənədli-bədii televiziya filmi |
Müddət | 35 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
Ustad el sənətkarı Aşıq Ələsgər özünəməxsus təbii gözəlliklərə malik olan və aşıq şeirinin beşiyi sayılan əzəli Azərbaycan torpağı Göyçə mahalında yaşayıb yaratmışdır. Sonralar bu iki amil — təbiətin gözəlliyi və əhatə olunduğu mühit Aşıq Ələsgərin yaradıcılığının ideya-məzmun cəhətdən formalaşmasına güclü təsir göstərmişdir.
Hələ kiçik yaşlarından şeirə, sənətə böyük maraq göstərən Ələsgər digər bir ustad sənətkarın — Aşıq Alının yanında şagirdlik edərək, ondan həm aşıq sənətinin sirlərini, həm də ədəb-ərkan, mərifət qaydalarını öyrənmişdir. Gözəl çalmaq, avazla oxumaq, dastan söyləmək, şeir, havacat qoşmaq vərdişlərinə mükəmməl yiyələnən Aşıq Ələsgər zəmanənin kamil saz, söz ustadı kimi püxtələşir.[1]
Film Aşıq Ələsgərin həyat və yaradıcılığını bədii obrazlarla əks etdirir.
Ssenarist: Əhməd Oğuz
Rejissor: Murad Quliyev
Operator: Zahid Bağırov
Təbriz Vəliyev
Könül Cəfərzadə
Xəyal Salahov
Mahir Mirişov
Səyyar Rüstəmov
Kərəm Vəliyev