Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Adəm İzzət oğlu Seyfullayev 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub.
Adəm Seyfullayev | |
---|---|
Adəm İzzət oğlu Seyfullayev | |
Təxəllüsləri | İzzətoğlu, Qızılbaşlı |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Masallı, Şərəfə |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Ali |
İxtisası | Tarixçı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan |
1941-ci ildə Şərəfə 7 illik orta məktəbi bitirib və həmin il Lənkəran pedaqoji texnikumuna daxil olur.
1943-cü ildə könüllü cəbhəyə yazılır. Buynaks şəhərinə hərbi hıssəyə göndərilir.
1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi daxil olub.
Masallı rayon partiya komitəsində şöbə müdiri, Şərəfə kənd orta məktəbin direktoru təyin edilir. Sonradan pedaqoji fəaliyyətini Masallı şəhərində davam etdirir.
1985-ci ildə gənc nəslin təlim və tərbiyəsindəkı uğurlarına görə SSRİ Maarif Nazirliyi və MAMEİHİ MK-nin fəxri fərmanına layiq görülür.
2006-cı ildə 3 saylı orta məktətədə üzün müddət işlədikdən sonra səhəti ilə əlaqədar pedaqoji fəaliyyətini dayandırır.
10 övladı var
2010-cu ildə vəfat etmişdir.
Şer və qəzəllərini Adəm İzzətoğlu və Adəm Qızılbaşlı təxəllüsü ilə yazmışdır. Əsərləri rayonun və respublikanin dövri mətbuatında mütəmadi çap olunmüşdür. Dövrün tanınmış şair və yazıçıları ilə yaradıcılıq mübadılələri etmişdir.
Xalq şairi Süleyman Rüstəm Adəm (İzzətoğlu) Qızılbaşlının yaradicılığını yüksək qiymətləndirmişdir. Belə ki, Adəm (İzzətoğlu) Qızılbaşlının "Şairə məktub" şerinə "Məktuba cavab" şerini yazmış və 1969-cu ildə özünün "Seçilmış əsərləri" 1-ci cildınə salmışdır[1]. Həmın vaxt "Azərbaycan Müəllimi" qəzetində bu münasibətlə böyük məqalə çap olunmuşdur.
MƏKTUBA CAVAB
Elin ağsaqqalıdır, şairimiz etsə" qəbul,
Şerimi töhfə kimi sadə o insana verin.
Nəğmə bayraqdarıdır dolmuş yaşa, İzzətoğlu
Dağların qüvvəsini bir də Süleymana verin.
Adəm İzzətoğlu
Oxucum, dinlə mənim sadə ürək sözlərimi,
Üzü ağ, alnı açıqlarla bu gün fəxr edirəm.
Daha parlaq sabaha zillətnişəm gözlərimi,
Doğru bir yolda səfərbər kimiyəm, yol gedirəm.
Mülətimdir, vətənimdir mənim ilham dayağım,
Yaşa dolsam da, bu könlümdə bahar çağları var.
Qocaman bir ağacam, bəhrəlidir hər budağım,
Ehtiyatımda hələ nəğmə, şeir dağları var.
"Qızılbaşlar","Xanbulanın Təranəsi","Hikmət çələngi","El-oba tərənnümü" şerlər kitabının müəllifidir.
Adəm Seyfullayev(Qızılbaşlı) Elmi sessiyalara, şair və yazıçıların yaradıcılıq gecələrinə dəvət olunmuş, çıxışlar etmişdir. 17 hoyabr 2005-ci ildə Milli Elmlər Akademiyasının Nizamı adına Ədəbiyyat İnstitutunda Xalq şairi Bəxtiyar Bahabzadənin 80 illik yubileyinə həsr olunmuş elmi sessiyada çıxış etmişdir[2].