Ad günü hücumu

Ad günü hücumu – heş-funksiyaların kriptoqrafik analizi metodu. Hücum öz adını "ad günü paradoksu"ndan almışdır; müəyyən qrupda iki və ya daha çox insanın ad gününün eyni günə düşməsi ehtimalını hesablamaqdan ibarətdir. Heş-funksiyanın üst-üstə düşən qiymətlərinin hesablanması üçün istifadə edilir.

  • İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.