Adaçayı yağı — Azərbaycanda acı alma yağı olaraq bilinən Adaçayı yağı bitkisinin hündürlüyü 100–130 sm-ə qədər çatan çox illik bitkinin yağı. Bu bitkinin qoxusu fərqli və cəzbedicidir. Özünəxas xarakteristik qoxusu var. Çox vaxt sarımtıl, bəzi hallarda isə rəngsizdir. Adaçayın bitkisinin vətəni Orta Avropa və Balkanlardır. Hal-hazırda dünyanın hər yerində hətta Azərbaycandada yetişdirilir. Adaçayının digər adı Acı Alma yağıdır. Buna səbəb isə yağın əldə edildiyi Salvia triloba bitkisinin budaqlarında almanı xatırladan balaca tünd yaşıl rəngli toxumların olmasıdır. Bu toxumların tərkibində 60-a qədər Sineol maddəsi var. Adaçayı yağını bitkinin yarpaq və çiçəklərindən buxar damcı yoluyla əldə edirlər. Ən çox yağ Salvia Officinalis növündən alınır. Adaçayı yağının bir neçə növləri var, buna görə də müxtəlif yerlərdən alınmış adaçayı yağı, müxtəlif bitki növlərindən əldə edilmiş olur. Rəğbət görən Adaçayı yağının digər növü Salvia Scleradır. Bu növdən alınan yağlardan kosmetalogiyada istifadə olunur. Başqa bir növü isə Avropada tibbdə istifadə olunan İspan adaçayı Salvia Lavandulifoliadır.
- Antiseptik, Antioksidan və Antibakteriyaldır.
- Dəriyə qulluq üçün təsiredici yağdır. Dərini toksinlərdən təmizləyir və yağlanmanın qarşısını alır.
- Saça qulluq üçün: saç dərisin qidalandırır, gücləndirir, saçın tökülməsini və qopmasının qarşısını alır
- Ağız və diş sağlamlığında təsiredici təsiri var. Qarqara üçün istifadə edilir. Dişləri ağartmaq, iltihabın qarşısın almaq üçün istifadə edilir. Ağız boşluğundakı bakteriyaları məhv edir və pis qoxunun qarşısın alır.
- Həzm sistemi: Mədə yanması, mədə ağrısı və qarın ağrısına çox yaxşı təsir edir. Ağrı olduğu zaman qarın nahiyəsinə sürtülür. Istifadə etməzdən öncə az miqdarda su ilə qarışdırmalı və ya badam ya da kakos yağı ilə qarışdırılmalıdır.
- 2 yaşdan yuxarı uşaqlar üçün köpün qarşısın alır. Istifadə etməzdən öncə 1–2 damcı su ilə qarışdırıb uşaqların qarın nahiyəsinə masaj edilir. 2 yaşından aşağı uşaqlar üçün məsləhət görülmür. Buna səbəb bu yağın çox güclü yağ olmasıdır. Yağı suya qatmamış istifadə eləmək olmaz. Əks halda bu uşaqların dərisini qıcıqlandıra bilər.
- Bronxit və Asmanın müalicəsində
- Yuxusuzluq problemində: yuxudan öncə bu yağı saçın diblərinə masaj eləmək olar. Beyinin vəziyyətini idarə edən steroid hormonunun balansını artırır, beyni pis, mənfi fikirlərdən təmizləyərək yuxuya getməni yaxşılaşdırır. Yağı az miqdarda hamam suyuna da əlavə edə bilərsiniz. Aromaterapiya üçündə istifadə edilir.[1]
- Təzyiq xəstələri üçün tövsiyə edilmir buna səbəb qan dövranını və təzyiqi qaldırır
- Şəkərli diabet xəstələri : Qan şəkərinin düşməsinə təsir edir.
- Miqren xəstələri
- Hamilə qadınlar
- Süd verən qadınlar
- 2 yaşından aşağı üşaqlar üçün tövsiyə edilmir.
Yağın uzun müddətli və çox istifadə edilməsi bəzi problemlərə gətirib çıxara bilər.[2]